Azərbaycan
Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında
Əsasnamə"də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin
18-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının
1997-ci il 3 oktyabr tarixli
377-IQ nömrəli Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 1, maddə 14; 2001, ¹ 3, maddələr 138, 145, 146, 147, ¹ 12, maddələr 731, 745; 2002, ¹ 6, maddə
328, ¹ 8, maddə 464; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə
886; 2005, ¹ 7, maddələr 576, 588, ¹ 10, maddə 871; 2006, ¹ 4, maddə
312, ¹ 11, maddə 933; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə
1078; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 695, ¹ 12, maddə
1048; 2010, ¹ 6, maddə 482; 2011, ¹ 2, maddə 71; 2015, ¹ 5, maddə
501, ¹ 10, maddə 1086, ¹ 11, maddə
1250; 2016, ¹ 1, maddə 16; 2017, ¹ 3, maddə 328, ¹ 12 (I kitab), maddə
2207; 2018, ¹ 12 (I kitab), maddə 2488; 2019, ¹
2, maddə 180; 2020, ¹ 6, maddə
669, ¹ 7, maddə 827; 2021, ¹ 6 (I kitab), maddə 544, ¹ 7, maddə
699, ¹ 8, maddə 897; 2022, ¹ 8, maddə 830; 2023, ¹ 2, maddə
189) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında
Əsasnamə"nin 57-ci maddəsinin
birinci hissəsinin
"e" bəndinə "təyin edilmiş" sözlərindən sonra
"tam orta (yalnız
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
dövr ərzində),"
sözləri əlavə
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 dekabr 2023-cü il
Azərbaycan.-2024.-
28 yanvar, ¹ 18.- S.2.