Azərbaycan
Respublikası dövlət
büdcəsinin tərkibində
"Nəqliyyat vasitələrinin
utilizasiyası fondu"nun
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, güzəştin və birdəfəlik ödənişin
maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası
üzrə tədbirlərin
stimullaşdırılması və təşviqi məqsədilə "Tullantılar
haqqında" Azərbaycan
Respublikası Qanununun
14-3-cü maddəsinə və
"Büdcə sistemi
haqqında" Azərbaycan
Respublikası Qanununun
5-ci maddəsinə uyğun
olaraq qərara alıram:
1. Azərbaycan Respublikası
dövlət büdcəsinin
tərkibində "Nəqliyyat
vasitələrinin utilizasiyası
fondu" yaradılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və "Təmiz şəhər" Açıq
Səhmdar Cəmiyyəti
bu Sərəncamdan irəli gələn məsələləri həll
etsinlər.
3. Bu Sərəncam
2024-cü il fevralın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
28 yanvar, № 18.- S.2.