XİN İrandakı
səfirliyə qarşı
terror hücumunun birinci ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının
İran İslam Respublikasındakı
səfirliyinə qarşı
törədilmiş terror
hücumundan bir il ötür.
Azərbaycanın Xarici
İşlər Nazirliyi
bununla bağlı bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim
edir:
“Terror hücumu
nəticəsində səfirliyin
bir əməkdaşı
həlak olmuş, digər iki əməkdaşı isə
müxtəlif bədən
xəsarətləri alaraq
ağır yaralanmışdır.
Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə
yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq,
səfirliyin əməkdaşlarının
və ailə üzvlərinin təxliyəsi
həyata keçirilmişdir.
Səfirliyə qarşı
törədilmiş terror
aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr
haqqında Vyana Konvensiyası”ndan irəli gələrək
səfirliyin binasının
hər cür hücumlardan qorunması və onun əməkdaşlarının
təhlükəsizliyinin təminatına
dair öhdəliyini yerinə yetirməmişdir.
Terror aktından
sonra bir çox dövlətlər
və beynəlxalq təşkilatlar beynəlxalq
münasibətlərdə diplomatik missiyalara hücumun qəbuledilməz
olduğu, terror aktının qətiyyətlə
pisləndiyi bəyanatlarla
çıxış etmişlər.
Terror hücumu
ilə bağlı Azərbaycanla İran arasında
yaranmış vəziyyətin
aradan qaldırılması,
sözügedən terror
aktının təşkili
və törədilməsində
əli olanların ən ağır şəkildə cəzalandırılması,
səfirliyin təhlükəsizliyinə
tam təminatın verilməsi istiqamətində
son bir il
ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri
qarşı tərəfə
çatdırılmışdır.
İran tərəfi aparılan
istintaq tədbirləri
barədə mütəmadi
əsasda Azərbaycan
tərəfini məlumatlandırmış,
uzun müddət aparılmış prosesdən
sonra terror aktını törədən
şəxsin məhkəməsinin
ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir.
Səfirliyə qarşı
törədilmiş terror
aktının birinci ildönümündə şəhidimizin
yaxınlarına dərin
hüznlə başsağlığı
verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların
öz layiqli cəzalarına çatmaları
və gələcəkdə
bu qəbildən əməllərin qarşısının
alınması istiqamətində
İran tərəfindən tezliklə nəticəyönümlü
addımların atılacağını
gözləyirik”.
Azərbaycan.-2024.-
28 yanvar, № 18.- S.2.