AŞPA-nın
gülünc doğuran
bəhanələri
Bu "fəaliyyəti" ilə
təşkilat, sadəcə
olaraq, özünü
hörmətdən salır
"Avropanın bəzi
siyasi dairələrinin
xeyir-duası ilə
AŞPA Azərbaycanın qurumdakı
fəaliyyətinə veto
qoymağa çalışırdı.
Azərbaycan torpaqları
Ermənistan tərəfindən
işğal ediləndə
Avropa bizim heç bir çağırışımıza əhəmiyyət vermədi.
Bəhanəsi də ondan ibarət idi ki, onlar
guya insan hüquqları ilə məşğuldurlar".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Anar İsgəndərov
deyib. O bildirib ki, avropalılar 2024-cü
ilin Azərbaycanı ilə 1990-cı illərin
Azərbaycanının eyni
olmadığını unudurlar:
"AŞPA Azərbaycanı onların nümayəndələrinin
növbədənkənar prezident
seçkilərinə dəvət
olunmamasına görə
ttiham edir. Harda yazılıb ki, biz seçkilərə görə AŞPA üzvlərini
dəvət etməliyik?
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri
dəvət olunub və gəlib. Əsas seçki izləyən institut Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosudur.
Belə çıxır
ki, Avropanın burada maraqları var. Onlar Qarabağdan
köçən ermənilərə
qarşı guya "etnik təmizləmə"
həyata keçirildiyini
iddia edirlər. Axı, Ermənistan özü etiraf edib ki, heç
bir etnik təmizləmə, zorla çıxarılma olmayıb.
Özləri etiraf edir ki, Qarabağ
Azərbaycan torpağıdır.
Onda AŞPA nə istəyir?"
Deputat qeyd edib ki, Avropaya
zəif Azərbaycan, itaət edən ölkə lazımdır.
Güclü, müstəqil
siyasət yürüdən
Azərbaycanı qəbul
edə bilmirlər:
"AŞPA-da "at
oynadan" Fransa Azərbaycana qarşı düşmən siyasəti
ilə tanınır.
Hər kəsə məlumdur ki, ermənidən çox erməni olan Fransa Azərbaycanın heç bir uğurunu qəbul etmir. Azərbaycansız bizimlə bağlı qərar qəbul etmək istəyir.
AŞPA-nın Azərbaycanı
ittiham edən sənədlərindən biri
odur ki, müşahidəçilər Qarabağ ərazisinə gəlmək istəyiblər
və Azərbaycan qoymayıb. Hər məkrli niyyətlə gələnə icazə verilsə, onda necə suveren, müstəqil dövlət
olmaq olar?"
A.İsgəndərov bildirib ki, Avropa
Şurası bu əməlləri ilə əslində özünü
hörmətdən salır:
"Biz Avropa Şurasına 2001-ci ilin yanvarında üzv olanda ən böyük arzumuz və istəyimiz o idi ki, bu
şura ölkəmizin
haqq işini müdafiə edərək
Ermənistanın işğalçı
dövlət olduğunu
dünyaya bəyan etsin. Amma bununla
bağlı nə zaman məsələ qaldırılırdısa, Avropa
siyasiləri, AŞPA-nın
rəhbər şəxsləri
deyirdilər bizim işimizin adı insan hüquqları ilə bağlıdır.
Yəni Azərbaycana keçmiş münaqişə
ilə bağlı heç bir dəstək olmadı".
Deputat vurğulayıb
ki, Azərbaycan nümayəndə heyətinin
qəbul etdiyi qərarı xalqımız
dəstəkləyir. Çünki
AŞPA-nın son hərəkəti bir qrup deputata qarşı
deyil, ümumilikdə
Azərbaycan əleyhinə
təxribatdır. Azərbaycan
da AŞPA-nın bu qərarına etiraz edir. AŞPA-nın bu ədalətsiz
mövqeyi nə qədər davam edəcəksə, Azərbaycan da buna o qədər sərt münasibətini göstərəcək.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
28 yanvar, № 18.- S.3.