"Avropa Şurası
Parlament Assambleyasının
(AŞPA) Azərbaycana qarşı
qərəzli qətnaməsi
qurumun özünün
nüfuzuna ciddi xələl gətirdi. Qarabağ və Şərqi Zəngəzurun
30 il ərzində Ermənistan tərəfindən
işğal altında
qalmasına və tamamilə dağıdılaraq
talan edilməsinə göz yuman AŞPA indi Qafqazdakı yeni düzəndən ciddi narahatlıq keçirir.
AŞPA-nın "insan
haqları", "seçkilərə
AŞPA-nın dəvət
olunmaması" və
digər "arqumentlər"i
bəhanədən başqa
heç nə deyil".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Vüqar Bayramov deyib. Deputat bildirib ki, Azərbaycanın
AŞPA-nı seçkilərə
dəvət etmək öhdəliyi yoxdur. Seçkiləri izləyən
əsas institut olan Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda fevralın 7-nə təyin
olunmuş növbədənkənar
prezident seçkilərini
müşayiət edəcək.
Deputat qeyd edib ki, Fransanın
təsir dairəsində
olan digər qurumlar kimi AŞPA da "sıfır cəmli" oyun oynayır. Azərbaycan postsovet məkanında münaqişəyə cəlb
olunan ölkələr
arasında öz ərazi bütövlüyünü
və suverenliyini ilk bərpa edən dövlətdir. Təəssüf ki, bu reallığı bir sıra beynəlxalq
qurumlar həzm edə bilmir. Bunun isə bircə adı var ki, o da
rasizmdir. Azərbaycan haqlı mübarizəsində
qalib gəlib və nəinki regionda, bütün dünyada sülh və əmin-amanlığın
bərpa olunmasında
maraqlıdır.
Vüqar Bayramov
onu da deyib
ki, AŞPA-nın türkofob və islamofob davranışları
bizim üçün
ciddi əhəmiyyət
kəsb etmir: "Bu qurumun bütün
cəhdləri uğursuz
olub. Ölkəmizə
"insan hüquqlarının
pozulması" bəhanəsi
ilə təzyiq etməyə çalışsalar
da, Azərbaycan onları qabaqladı. Azərbaycan nümayəndə
heyətinin AŞPA-nın
son iclasına qatılmayaraq bu təşkilatdakı fəaliyyətini
qeyri-müəyyən müddətə
dondurması onlara əsl cavab oldu. Nəticədə, anti-Azərbaycan qurum ilə münasibətlərimiz
kəsildi".
Vüqar Bayramov
söyləyib ki,
AŞPA və bu kimi qurumların ölkəmiz əleyhinə
davamlı qərəzli
münasibət sərgiləmələrində
Fransanın əli var. Paris bu qurumlardan
sui-istifadə etməklə
ölkəmizə təzyiq
göstərməyə çalışır.
AŞPA-nın bu davranışını həm
də Fransanın Azərbaycana qarşı apardığı kampaniyanın
davamı da adlandırmaq olar. Ümumiyyətlə isə,
təkcə Fransa deyil, Qərbdəki anti-Azərbaycan qüvvələrin
əksəriyyəti bu
qurumdan ölkəmizə
qarşı təzyiq
vasitəsi kimi istifadə edir.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
28 yanvar, № 18.- S.3.