Azərbaycanın
uğurları Fransanın
kabusuna çevrilib
"Azərbaycan nümayəndə
heyətinin AŞPA ilə
əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən
müddətə dayandırmaq
qərarı alqışlanmalıdır.
AŞPA-nın qış
sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin
səsvermə hüququnun
müvəqqəti məhdudlaşdırılması
təklifi uzun illərdir Avropa dövlətləri ilə
qarşılıqlı əməkdaşlıq
edən ölkəmizə
qarşı hörmətsizlikdir.
Azərbaycana qarşı
qurulmuş bu riyakar oyunun əsas iştirakçılarından
biri də Fransadır. Tarixən Azərbaycana, ümumilikdə
türk dünyasına
qarşı qərəzli
münasibəti ilə
tanınan Fransa ənənəvi riyakarlığından
əl çəkmir".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, burada Fransanı,
Almaniyanı, eləcə
də Avropanın bir sıra dairələrini
narahat edən əsas məsələ erməni terrorçularının
Qarabağdan çıxarılması
və Qarabağ ermənilərini uzun illər siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı
rejimin mövcudluğuna
son qoyulmasıdır:
"AŞPA-nın bu
qərəzli addımı
avropalı deputatların
Azərbaycanın öz
ərazisi üzərində
suveren hüquqlarını
tam bərpa etməsinə dözümsüzlüklərinin
təzahürüdür. Ötən
il AŞPA missiyalarının
Azərbaycana səfər
cəhdləri yalnız
erməni məsələsi
ilə bağlı olub. Proseslərə qərəzli yanaşan
AŞPA ermənilərə və Ermənistanın müdafiəsinə qalxıb.
AŞPA məhz ermənilərin
müdafiəsinə yönəlik
qətnamələr qəbul
edib".
Deputatın sözlərinə
görə, bütün
bunlar sübut edir ki, bu
qurum Azərbaycanın
qələbəsindən narahatlığını
açıq şəkildə
ifadə etməkdən
çəkinmir. Ədalətin
təmin olunması, doğma yurdlarından didərgin düşmüş
vətəndaşlarımızın tarixi yurdlarına qayıtması AŞPA-nı
ciddi narahat edir. "Doğrudur, dövlətimiz hələ
də Avropa Şurasının digər
strukturlarında iştirakını
davam etdirir. AŞ öz açıqlamasında
bu qətnamənin Azərbaycanla əməkdaşlığın
dayandırılması anlamına
gəlmədiyini qeyd etsə də, düşünürəm ki,
dövlətimizin bu mövzuda mövqeyi fərqlidir",
- deyə müsahibimiz
bildirib.
Müşfiq Cəfərov
onu da söyləyib
ki, AŞPA son addımı ilə siyasi riyakarlığını
bir daha təsdiqlədi: "Orada
mövcud olan dözülməz irqçilik,
türkofobiya və islamofobiya getdikcə daha da kəskinləşir.
Bütün bunların
sayəsində dünyada
nüfuzunu itirən Avropa Şurası Azərbaycan üçün
heç bir əhəmiyyət kəsb
etmir. Ona görə də nəinki bu qurumda nümayəndə heyətimizin səsvermə
hüququ, heç ümumilikdə AŞPA bizə
maraqlı deyil.
AŞPA-nın bu qərəzli təşəbbüsünü
Azərbaycanda keçiriləcək
seçkiləri müşayiət
üçün dəvət
edilməməsi və
ölkədə "siyasi
məhbus"ların olması
ilə əlaqələndirməsi
əsassızdır".
Deputat bildirib ki, bu qurum
Fransanın əlində
alətə çevrilib:
"44 günlük Vətən
müharibəsində, xüsusilə
də sentyabrın
19-20-də keçirilən antiterror tədbirlərində
əldə etdiyimiz uğurlar Fransanın qorxulu kabusuna çevrilib. Azərbaycanın
tarixi zəfərləri
ilə barışa bilməyən Fransa və AŞPA kimi dövlət və qurumlar Ermənistana dəstək olmaq üçün hər vasitəyə əl atırlar. Bu dəfə isə antiazərbaycançı kampaniyasını
Almaniya vasitəsilə
reallaşdırmağa çalışan
Makron Fransası uğursuzluğa düçar
olub. Erməni lobbisinin diktəsi ilə oturub-duran Paris
AŞPA-nı Azərbaycan
əleyhinə təşkilatlanmış
bir platformaya çevirsə də, bu vasitə ilə Azərbaycana təzyiq göstərə
bilməyib. Azərbaycan
nümayəndə heyəti
AŞPA-dakı fəaliyyətini
qeyri-müəyyən müddətə
özü dayandırıb".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
28 yanvar, № 18.- S.4.