Səfir:
Müstəqil Azərbaycanın
tarixində ilk dəfə prezident seçkiləri ölkənin
bütün ərazisində
keçiriləcək
Müstəqil
Azərbaycanın tarixində ilk dəfə prezident
seçkiləri ölkənin bütün ərazisində
keçiriləcək.
AZƏRTAC xəbər
verir ki, bu barədə TASS agentliyinə müsahibəsində
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu bildirib.
Diplomatik
nümayəndəliyimizin rəhbəri vurğulayıb:
“Xüsusi olaraq qeyd etmək istəyirəm ki, 2024-cü il
fevralın 7-nə nəzərdə tutulan növbədənkənar
prezident seçkiləri müstəqil Azərbaycanın
tarixində ilk dəfə ölkənin bütün ərazisində
keçiriləcək. Artıq azad olunmuş ərazilərdə
məntəqə seçki komissiyaları
formalaşdırılıb, səsvermə üçün hər
cür şərait yaradılıb”.
P.Bülbüloğlu
əlavə edib: “Şübhəsiz ki, yuxarıda
sadaladıqlarım onu deməyə əsas verir ki, həm Azərbaycandakı,
həm də onun hüdudlarından kənardakı vətəndaşlarımız
yüksək fəallıq nümayiş etdirəcək,
çiçəklənən və qüdrətli Azərbaycan
naminə düzgün seçim edəcəklər”.
Azərbaycan.-2024.-
28 yanvar, № 18.- S.7.