Ermənistan
atəşkəsi pozmaqla
Azərbaycanı təxribata
çəkməyə çalışır
"Ermənistan 30 ildə
Azərbaycanın suveren
ərazilərinin 20 faizini
işğal altında
saxlayıb. Münaqişənin
dinc yolla həll olunması istiqamətində tərəfimizdən
böyük cəhdlərə
baxmayaraq, Ermənistan
işğalçılıq siyasətindən əl çəkmədi. Beləliklə,
BMT TŞ-nin 4 qətnaməsi
icra olunmayaraq kağız parçasına
çevrilmişdi".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, münaqişənin
dinc yolla həll edilməsi və Ermənistan silahlı qüvvələrinin
ərazilərimizdən qeyd-şərtsiz
çıxarılmasına dair BMT TŞ-nin qətnamələrinin icra
olunması üçün
yaradılmış ATƏT-in Minsk qrupu
27 ildən çox müddətdə heç
bir iş görməyərək, fəaliyyətsiz
bir təşkilata çevrildi. Hətta Minsk qrupunun həmsədrləri
regiona turist səfərləri edirdi və Azərbaycan xalqını erməni işğalı ilə barışmağa, eyni zamanda münaqişənin
həllinin hərb yolu olmadığını
qəbul etdirməyə
çalışırdılar. Amma dövlətimizin başçısı bütün
tribunalardan münaqişə
dinc yolla həll olunmazsa, hərb yolunun qaçılmaz olacağını
bəyan edirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlanan
II Qarabağ müharibəsi
44 gün ərzində
Şuşaya bayrağımızın
sancılması ilə başa çatdı.
Azərbaycan, Rusiya
prezidentləri və Ermənistan baş naziri arasında 10 noyabr üçtərəfli
Bəyanatı imzalanaraq
yerdə qalan məsələlərin siyasi
yolla həll olunmasına razılıq
əldə olundu. Bəyanatın bəndlərini
qalib tərəf kimi Azərbaycan diktə etdi və Ermənistan kapitulyasiya olunmuş tərəf kimi bütün şərtləri
qəbul etdi. Prezident İlham Əliyev münaqişənin
başa çatdığını
elan etdiyi ilk gündən Ermənistana çağırış
edərək düşmənçilik
səhifəsini bağlamağı
və iki ölkə arasında münasibətlərə təmiz
səhifədən başlamağı
təklif etdi. Amma Ermənistan yenə də çirkin niyyətlərindən
əl çəkməyərək,
ərazilərimizdə qeyri-qanuni
silahlıları saxladı. 2023-cü il sentyabrın 20-də keçirilən
lokal xarakterli antiterror tədbirləri ilə müzəffər ordumuz ərazilərimizdə
qalmaqda olan 15 minə yaxın erməni silahlısını
tərksilah edərək
torpaqlarımızda konstitusion
hüququn tələblərini
bərpa etdi və erməni separatçılarının kökünü
kəsdi", - deyə
A.Badamov əlavə etdi.
Deputat qeyd edib ki, Azərbaycanla
Ermənistan arasında
müzakirə olunan sülh müqaviləsinin
müəllifi Azərbaycandır.
Ölkəmiz sülh
müqaviləsindəki bəndləri
müəyyən edəndə
beynəlxalq hüququ
rəhbər tutaraq sülh tələbləri
ilə çıxış
etdi. Əgər ölkəmizin sülh məqsədləri olmasaydı,
qalib tərəf kimi daha ağır
şərtlər irəli
sürə bilərdi
və bu, qalib ölkənin haqqı idi. Azərbaycan regionda sülh və əməkdaşlıq istəyir
və ona görə də
"3+3" əməkdaşlıq formatının da təşəbbüsçüsü oldu. Ermənistan uzun müzakirələr və danışıqlardan
sonra Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu beynəlxalq platformadan bəyan etməyə məcbur oldu və sülh müqaviləsinin imzalanması
istiqamətində danışıqların
davam etdirilməsinə
hazır olduğunu açıqladı. İki
ölkə arasında
müzakirə olunan sülh müqaviləsi 17
bənddən ibarət
olaraq tərtib edildi, amma Ermənistan
müqavilənin son iki bəndini qəbul etmək istəmirdi. Nəhayət,
bu il martın
13-də Ermənistan baş
naziri Nikol Paşinyan sülh müqaviləsi ilə bağlı bütün bəndləri qəbul etdiyini və sənədi qısa zamanda imzalamağa hazır olduğunu açıqladı. Hətta
bu məsələni səsləndirməklə özünü
beynəlxalq ictimaiyyətə
"sülh göyərçini"
kimi təqdim etməyə və yarımçıq sülh
sazişi imzalamağa
çalışdı. Azərbaycanın
tələbinin dəyişilməz
olduğunu görən
Ermənistan 16 martdan başlayaraq şərti sərhəddə atəşkəsi
pozmağa və mütəmadi olaraq təxribatlara əl atmağa başladı.
A.Badamov vurğulayıb
ki, sülh müqaviləsinin imzalanması
üçün irəli
sürdüyümüz tələblər
Ermənistana heç
bir təhlükə yaratmır: "Birinci tələbimiz Ermənistan
Konstitusiyasında yazılmış
Azərbaycana qarşı
olan ərazi iddialarının referendum
yolu ilə ləğv edilməsidir. Əslində, Ermənistan Azərbaycanın
ərazi bütövlüyünü
tanıdığını rəsmi şəkildə
açıqlayıb. Belə
olan halda konstitusiyasında ölkəmizə
qarşı ərazi iddialarını saxlamaqda məqsədi nədir? İkinci tələbimiz isə Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə birgə
müraciətin göndərilməsidir.
Minsk qrupu keçmiş Qarabağ münaqişəsinin həll
olunması üçün
yaradılmışdı. Artıq
münaqişə həll
olunub və keçmişdə
qalıb. Yenə sual olunur ki,
Minsk qrupunun saxlanılmasında Ermənistanın
məqsədi nədir?
İstər-istəməz belə
fikir yaranır ki, Ermənistan sülh istəmir və çirkin niyyətlərindən əl
çəkmir".
Deputat bildirib
ki, Ermənistan Fransadan,
Hindistandan və
ABŞ-dən öldürücü
silahlar alır. Ermənistanın xüsusi
təyinatlıları Hindistanda
dağ şəraitində
təlim keçir. Şərti sərhədimiz
boyunca istehkam və fortifikasiya qurğuları tikir. Ermənistan şərti sərhədlərimizdə tikdiyi
dərin bunkerlərdə
alınmış silahları
yerləşdirməklə yenidən müharibə üçün dayaq nöqtələri yaradır.
Eyni zamanda mütəmadi atəşkəsi
pozmaqla ölkəmizi
təxribata çəkməyə
çalışır. Hətta
Xanazak kəndində özləri kiminsə pəncərəsinə atəş
açaraq guya Azərbaycan Ordusu tərəfindən atəşkəsin
pozulduğunu sübut
etməyə çalışırlar.
Amma araşdırmalar Ermənistanın
yalanlarını ifşa
etdi. Ermənistanın məqsədi
Azərbaycan haqqında
beynəlxalq ictimaiyyətdə
pis imic formalaşdırmaq və yenidən münaqişəyə
başlayacaqları təqdirdə
ölkəmizə beynəlxalq
təzyiqin göstərilməsinə
nail olmaqdır.
A.Badamov qeyd edib ki, Ermənistanın bu hərəkətləri
onların sülhdən
uzaq olduğunu sübut edir: "Ermənistan hakimiyyəti ağlını başına
yığıb 30 ildə
ərazilərimizdə yaratdığı
dayaq nöqtələrinin
taleyinin necə bitdiyini bir daha
göz önünə
gətirməlidir. Çünki
ordumuz hərəkətə
keçərsə, onun
qabağında heç
bir dayaq nöqtəsi maneə yarada bilməz.
Bu gün Azərbaycan
Ordusunun gücü aparıcı ölkələrin
ekspertləri tərəfindən
yüksək dəyərləndirilir.
Əgər Ermənistan
ölkəmizi yenidən
müharibəyə təhrik
edərsə, bu, onlar üçün böyük faciə olacaq. Ona görə də Paşinyan hakimiyyəti revanşist fikirlərindən, mifik arzularından əl çəkərək, Azərbaycanla
sülhə getməli
və qəti tələbimiz olan iki bəndin icrasına tələsməlidir.
Əks halda hadisələrin gedişatı
Ermənistana yaxşı
heç nə vəd etmir".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2025.-
9 aprel (¹68).- S.9.