M.C.Əliyevin
“Şərəf” ordeni
ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan ilə
Rusiya arasında əlaqələrin inkişafında
böyük xidmətlərinə
və uzunmüddətli
səmərəli ictimai
fəaliyyətinə görə
Məmmədbağır Cavad
oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 aprel 2025-ci il
Azərbaycan.-2025.-
9 aprel (№68).- S.3.