“Aviasiya təhlükəsizliyinin təmini
sahəsində personalın
hazırlığı Qaydası”nın təsdiq
edilməsi haqqında
“Aviasiya təhlükəsizliyinin
təmini sahəsində
personalın hazırlığı
Qaydası”nın təsdiq edilməsi haqqında
¹ 102
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Aviasiya təhlükəsizliyi
üzrə Dövlət
Proqramı”nın və
“Aviasiya təhlükəsizliyinin
təmin edilməsi Qaydaları”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 24
aprel tarixli 613 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 17 avqust tarixli 1139 nömrəli Fərmanının 2.2-ci bəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Aviasiya təhlükəsizliyinin
təmini sahəsində
personalın hazırlığı
Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Aviasiya təhlükəsizliyi
sahəsində personalın
hazırlığına dair
Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 13 oktyabr tarixli 431 nömrəli Qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 10, maddə 1894 (Cild
I) ləğv edilsin.
3. Bu Qərarda
dəyişiklik Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması,
razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin
3.5-ci bəndinə uyğun
edilə bilər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 8 ” “ aprel ” 2025-ci il
Azərbaycan.-2025.-
9 aprel (¹ 68).- S.3.