Müstəqilliyimiz əbədidir: İslam dininin, “Qurani-Kərim”in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidirçoxcildliyinin təkrar nəşrinin 6-cı kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1994-cü il dekabrın 11-dən 1995-ci il martın 8-dək olan dövrü əhatə edir. Kitaba Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları daxil edilib. Nəşrdəki materiallarda Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesindən, ictimai-siyasi, iqtisadi, mədəni həyatın bir çox sahələrindən, xarici ölkələrlə əlaqələrin genişləndirilməsindən bəhs olunur.

Bu kitabda Ulu Öndər Heydər Əliyevin İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatının) Kasablankada 7-ci Zirvə toplantısı çərçivəsində keçirdiyi çoxsaylı görüş çıxışları, müsahibələri yer alıb. Məsələn, 1994-cü il dekabrın 11-də Zirvə toplantısına yola düşərkən Bakıda hava limanında jurnalistlərlə görüşən Ümummilli Lider İƏT-in fəaliyyətini yüksək qiymətləndirərək demişdi: “İslam ölkələri dünyanın böyük bir hissəsini təşkil edir. Onların 1 milyarddan artıq əhalisi var. İslam Konfransı Təşkilatı bu ölkələrin ümumi potensialından istifadə edərək, həm ümumbəşəri proseslərdə iştirak edir, həm İslam ölkələrinə məxsus spesifik problemlərin həll olunmasına çalışır. Mən şəxsən hesab edirəm ki, hər bir regional təşkilat əhəmiyyətlidir bu kimi təşkilatların hamısı öz səylərini, nəhayət, birləşdirə bilsələr, dünyada sülh daimi olar, əmin-amanlıq, təhlükəsizlik təmin edilə bilər”.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1994-cü il dekabrın 13-də Zirvə toplantısında söylədiyi nitqdə İslam dünyasının bəşər sivilizasiyasına layiqli töhfələr verdiyini qeyd edib, müsəlman ölkələrinin inkişafına mane olan problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayaraq deyib: “İslam dünyası ümumbəşəri sivilizasiyaya öz layiqli töhfəsini vermişdir neçə əsrdir onun mənəvi inkişafına təkmilləşdirilməsinə kömək edir. Bu gün dünyada mürəkkəb, ziddiyyətli proseslər getməkdədir. Viranedici qlobal müharibənin qarşısının alınması, dünyanın təhlükəsizliyinin yeni təməlinin qoyulması kimi müsbət meyillər regional münaqişələrin artması ilə, yırtıcı millətçiliklə dövrün başqa bəlaları ilə qarşılaşır. Bizim ölkələrimiz bu proseslərin qaynağındadır biz beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə, sülh tərəqqi qüvvələrinin qələbəsinə layiqli yardım etməli, öz səylərimizi göstərməliyik. Bunun naminə müsəlman ölkələrinin inkişafına mane olan əngəllər aradan qaldırılmalı, bir-birimizə yardım əli uzatmalıyıq, parçalanmanın təklənmənin qarşısını almalıyıq, dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik”.

Qeyd edək ki, Zirvə toplantısının yekun iclasında Asiya dövlətləri adından təbrik nitqini görkəmli dövlət xadimi Heydər Əliyev söyləyib. Həmin Zirvə görüşünün yekun sənədinə Ermənistanın Azərbaycana qarşı təcavüzünü ittiham edən bəndlər (Yekun Kommünikenin 68-71-ci bəndləri) salınıb. Bu bəndlərdə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı təcavüz edildiyini qəbul etməyə buna qarşı öz Nizamnaməsinə uyğun olaraq müvafiq tədbirlər görməyə çağırılıb.

Bu kitabda Ümummilli Liderin böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 85 illiyinə həsr edilmiş tədbirdə söylədiyi nitqi verilib. Ulu Öndərin bu nitqi həm onun incəsənətin rəssamlıq qolunu necə dərindən bildiyini göstərir: “Onun yaratdıqları adi rəsm əsərləri deyildir. Səttar Bəhlulzadə yaradıcılığa klassik üslubdan başlayıbbiz sərgidə bunun nümunəsini gördük, sonra isə özünəməxsus, öz aləminə, öz dünyasına, öz fəlsəfəsinə məxsus bir rəssamlıq yolu seçib həmin yola daim sadiq olubdur. O vaxtlar – 50-ci, 60-cı illərdə, yəni Səttar Bəhlulzadənin ilk əsərləri yaranan zaman bəziləri onu anlamırdılar, bəziləri qəbul etmirdilər. Bəziləri isə bu əsərlərin qədər qiymətli olduğunu bilmirdilər. Ona görə bəzən klassik üslubda çəkilən əsərlərə üstünlük verilirdi, Səttar Bəhlulzadənin əsərləri isə kənarda qalırdı. Ancaq zaman keçdi Səttar Bəhlulzadə çox inadla öz yaratdığı üslubu, öz məktəbini davam etdirdi yeni bir rəssamın yaranmasını nəinki Azərbaycana, həm bütün dünyaya nümayiş etdirdi”.

Dahi rəhbər Heydər Əliyev gərgin qrafikinə baxmayaraq, ölkənin mədəni həyatını həmişə diqqətində saxlayırdı, bununla bağlı bir sıra tədbirlərdə şəxsən iştirak edirdi. Belə tədbirlər sırasında Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışını ədibin 125 illiyinə həsr edilmiş mərasimi qeyd etmək olar. Tədbirdə çıxış edən Ulu Öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin əsərlərini yüksək qiymətləndirmiş, “Ölülərpyesinin aktuallığına diqqət çəkərək demişdi: “Biz indi öz dinimizə qayıtmışıq. Din mənəvi mənbələrimizdən biridir. İslam dininin, “Qurani-Kərim”in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək biz get-gedə dinimizin hər yerdə özünə layiq yer tutmasına imkan yaradacağıq. Ancaq biz Cəlil MəmmədquluzadəninÖlülərəsərindən bu gün bəhrələnməlyik. Çünki bu gün dini təhrif edənlər, dindən öz məqsədləri üçün istifadə edənlər, dindən istifadə edərək xalqımızı cəhalətə uğratmağa çalışanlar az deyil. Mirzə Cəlil isə belələri ilə o vaxt mübarizə aparıb Ölülərəsəri ilə bizə bu vəsiyyəti edibdir. Biz onun vəsiyyətini yerinə yetirməliyik”.

Oxucu bütün bu çıxışların mətnləri ilə çoxcildliyin 6-cı kitabında tanış ola bilər.

Nəşrdə Ümummilli Liderin aqrar bölmədə islahatlara həsr olunmuş respublika müşavirəsində söylədiyi nitqin, habeləReklamnıy Vestnik”in müxbirinə müsahibəsinin mətnləri yer alıb. Bu cilddə, həmçinin Azərbaycan dövlətinin möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün bərpası üçün ölkə rəhbərinin beynəlxalq aləmdə apardığı intensiv danışıqlara, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasına, daxili xarici siyasətin başlıca istiqamətlərinə dair materiallara geniş yer verilib.

Kitabın buraxılışına məsulAzərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

 

Azərbaycan.-2025.- 9 aprel (¹ 68).- S.3.