Xankəndidə “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçirilib
ADA Universitetinin və
Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin
birgə təşkilatçılığı
ilə aprelin 8-də Xankəndi şəhərindəki
Qarabağ Universitetində
“Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu baş tutub.
AZƏRTAC xəbər verir ki, forumda
44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri
iştirak ediblər.
Forumun açılışında
ADA Universitetinin rektoru
Hafiz Paşayev, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Qarabağ
Universitetinin rektoru Şahin Bayramov, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəsi
Emin Hüseynov çıxış ediblər.
Forumun birinci panelində “Geosiyasi dəyişikliklər və
onların regional suverenliyə təsiri” mövzusu müzakirə olunub. Panelə Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin
idarə heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib. Çıxışçılar
qlobal güc balansındakı dəyişikliklərin
milli suverenliyə təsiri, bölgədə
strateji sabitliyin saxlanması və məsuliyyətli tərəfdaşlıq
məsələlərinə toxunublar.
İkinci panel
“Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna
həsr olunub. Panelə ADA Universitetinin
prorektoru, Milli Məclisin
deputatı Fariz İsmayılzadə moderatorluq
edib. Müzakirələrdə
iqtisadi müstəqillik,
texnologiyaların qlobal
güc bölgüsünə
təsiri və dayanıqlı inkişaf yanaşmaları gündəmə
gətirilib.
Forum iştirakçıları tədbirin
Xankəndi şəhərində
təşkilini Azərbaycanın
bərpa və yenidən inteqrasiya siyasətindəki açıq
dialoqa və beynəlxalq əməkdaşlığa
verdiyi önəmin təzahürü kimi qiymətləndiriblər. Bildirilib
ki, bu yanaşma postmünaqişə dövründə
Qarabağ regionunun yalnız fiziki bərpasına deyil, eyni zamanda, intellektual
və mədəni inkişafına da fayda verir.
Tədbir yeni dünya
nizamı çərçivəsində
qlobal enerji təhlükəsizliyi, regional ticarət,
rəqəmsal iqtisadiyyat
və təbii sərvətlərin idarə
edilməsi ilə bağlı müzakirələrlə
davam edib.
Xarici qonaqlar Xankəndi şəhəri
ilə tanış olduqdan sonra Bakıya yola düşüblər.
Forum işini aprelin 9-da Bakıda davam etdirəcək.
Azərbaycan.-2025.- 9 aprel
(¹ 68).- S.4.