Ceyhun Bayramov Birləşmiş
Ərəb Əmirliklərindən
olan həmkarını
sülh gündəliyi
barədə məlumatlandırıb
Aprelin 7-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Əbu-Dabi Birləşmiş
Ərəb Əmirliklərinin
(BƏƏ) xarici işlər
naziri Abdullah bin Zayed Əl
Nəhyan ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüş zamanı
Azərbaycan-BƏƏ əməkdaşlığının
siyasi, iqtisadi, ticarət, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar
çərçivəsində tərəfdaşlıq, habelə
bölgədə cari
vəziyyət müzakirə
olunub. İki ölkə arasında energetika, xüsusilə də alternativ enerji sahəsində aparılan işlər məmnunluqla qeyd olunub.
Ölkələrimiz arasında əməkdaşlığın
inkişafında siyasi
dialoqun, o cümlədən
siyasi məsləhətləşmələr
mexanizminin əhəmiyyəti
qeyd olunub.
Regional və beynəlxalq
təşkilatlar çərçivəsində
qarşılıqlı dəstək
və həmrəyliyin
bundan sonra da davam etdirilməsinin
vacibliyi vurğulanıb.
Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə
regional bərpa və sülh gündəliyi barədə
ətraflı məlumatlandırıb,
mövcud çağırışlar,
o cümlədən mina
təhdidi, habelə Ermənistan Konstitusiyası
və bir sıra qanunvericilik aktlarında ölkəmizə
qarşı davam etdirilən ərazi iddialarından bəhs edib.
Birləşmiş Ərəb
Əmirliklərinin minasızlaşdırma
sahəsində dəstəyinin,
eləcə də işğaldan azad edilmiş ərazilərimizdə
həyata keçirdiyi
dəstəyin əhəmiyyəti
məmnunluqla qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2025.- 9 aprel (№ 68).- S.4.