Azərbaycan Çin liderlərinin sıx münasibətləri ölkələrimizin əməkdaşlığına töhfə verir

 

Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında dostluq, qarşılıqlı etimad hörmətə əsaslanan fəal siyasi dialoq qurulub. Bu sıx münasibətlər liderlər arasında siyasi dialoqun yüksək səviyyəsi ölkələrimiz arasında mövcud vəziyyətə əməkdaşlığa töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər xarici işlər nazirinin müavini Elnur Məmmədovun Çinin CGTN (China Global Television Network) telekanalının internet səhifəsində yerləşdirilmişƏlaqələrin möhkəmləndirilməsi, gələcəyin formalaşdırılması: Azərbaycan-Çin tərəfdaşlığıadlı məqaləsində qeyd olunur.

Nazir müavini iki ölkənin qarşılıqlı hörmət, etimad dəstəyə əsaslanan münasibətlərin tarixindən, inkişafından danışaraq, ötən il Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə dair imzalanan Birgə Bəyannamənin əməkdaşlığın müxtəlif sahələrdə genişlənməsini qarşıya məqsəd qoyduğunu bildirib.

Məqalədə qeyd olunur ki, iki ölkə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirməyə, ortaq maraqları birgə müdafiə etməyə, regional qlobal sülhə, sabitliyə inkişafa birgə töhfə verməyə qərarlıdır AzərbaycanVahid Çinprinsipini hər zaman dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin Azərbaycanın müstəqilliyinə, suverenliyinə ərazi bütövlüyünə daim hörmətlə yanaşır.

Nazir müavini yazıda ölkələrimizin beynəlxalq regional təşkilatlar çərçivəsində əməkdaşlığından, bir-birinin təşəbbüslərinə olan dəstəyindən söz açıb.

İqtisadi-ticari əlaqələrə toxunan E.Məmmədov ötən il ticarət dövriyyəsinin həcminin 20 faiz artdığını, Çinin Azərbaycanın 5 əsas ticarət tərəfdaşından biri olduğunu vurğulayıb. İki ölkənin iqtisadi əlaqələrində nəqliyyat-logistika sahəsinin xüsusi önəm kəsb etdiyini vurğulayan nazir müavini əlavə edib ki, Azərbaycan coğrafi geosiyasi mövqeyi sayəsində tarixən şərq ilə qərb arasında körpü rolunu oynayıb. Hazırda ən azı 3 böyük nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Bu mənada Trans-Xəzər Beynəlxalq Nəqliyyat MarşrutuOrta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Ölkələrimiz strateji tərəfdaşlıq haqqında Birgə BəyannamədəBir kəmər, bir yoltəşəbbüsü çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı inkişaf etdirməyə sabiq olduqlarını qeyd ediblər.

Məqalədə iki ölkənin xalqları arasında əlaqələrdən söz açılıb, bu xüsusda Azərbaycanın Çin vətəndaşlarına vizasız səyahət imkanı yaratdığı vurğulanıb. Bakı ilə Çinin Pekin Urumçi şəhərləri arasında birbaşa uçuşlar son bir neçə ildə Çindən Azərbaycana gələn turistlərin sayında davamlı artımı təmin edən amillərdən biri kimi göstərilib.

 

Azərbaycan.-2025.- 9 aprel (¹ 68).- S.4.