Xanlar
Vəliyevin səlahiyyət
müddətinin başa
çatması ilə
əlaqədar tədbir
keçirilib
Azərbaycan Baş
prokurorunun müavini –
Azərbaycan Respublikasının
Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin
başa çatması
münasibətilə aprelin
8-də Baş prokuror
Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə
çıxış edən
Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə
orqanlarında göstərdiyi
yüksək peşəkarlığı,
qanunçuluğun və
hüquq qaydasının
möhkəmləndirilməsində, cinayətkarlığa qarşı
mübarizədə, insan
hüquq və azadlıqlarının müdafiəsində,
xüsusilə də Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin
təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək
dəyərləndirib.
Xanlar Vəliyevə
Azərbaycan Respublikası
Prezidentinin 17 mart
2025-ci il tarixli, 527 nömrəli Sərəncamı
ilə verilmiş 1-ci
dərəcəli “Vətənə
xidmətə görə”
ordeni Baş prokuror tərəfindən
təqdim olunub.
Tədbirdə çıxış
edən Baş Prokurorluğun idarə rəisləri Natiq Hüseynov, Mahir Abbasov, Hərbi prokurorun müavini Şəfahət İmranov
və digərləri
Xanlar Vəliyevlə bağlı xatirələrini
bölüşərək xoş sözlər deyiblər.
Öz növbəsində
Xanlar Vəliyev çıxış edərək
ölkə başçısına
təltif olunmasına
görə dərin və səmimi minnətdarlığını bildirib, həmçinin prokurorluq orqanlarındakı
fəaliyyətinə göstərilən
xüsusi diqqətə
və verilən qiymətə görə təşəkkür edib.
Məlumat üçün
bildiririk ki, 1955-ci il təvəllüdlü
Xanlar Vəliyev 1978-ci
ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb.
Əmək fəaliyyətinə
Gəncə şəhər
prokurorluğunun baş
müstəntiqi və
şəhər prokurorunun
köməkçisi kimi
başlayan Xanlar Vəliyev daha sonra Qazax və
Şəmkir rayon prokurorlarının müavini
vəzifələrində çalışıb,
1993–2000-ci illərdə Azərbaycan
Respublikası Baş prokurorunun müavini olub.
2005-ci il 10 fevral
tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
Azərbaycan Respublikası
Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi
prokuroru vəzifəsinə
təyin edilən Xanlar Vəliyev hazırki vaxtadək həmin vəzifədə
çalışıb.
Prokurorluğun fəxri
işçisi və hüquq üzrə fəlsəfə doktoru olan Xanlar Vəliyev
xidmətləri dövründə
dövlətimizin ali rəhbərliyi tərəfindən,
habelə Azərbaycan
Respublikasının Baş
prokuroru tərəfindən
bir sıra mükafatlara layiq görülüb.
O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” 2-ci və 1-ci dərəcəli ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib, həmçinin “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.
Azərbaycan.-2025.- 9 aprel (¹ 68).- S.5.