Azərbaycan
Qoşulmama Hərəkatının
daha səmərəli
fəaliyyətinə böyük
töhfələr verir
Milli Məclisin
Sədri Sahibə Qafarovanın bu günlərdə Özbəkistana
işgüzar səfəri
müxtəlif tədbirlər,
çoxsaylı görüş
və memorandumun imzalanması ilə əlamətdar oldu. Belə ki, bu
səfər zamanı
Milli Məclisin Sədri Parlamentlərarası İttifaqın
(PAİ) 150-ci Assambleyasında, bu Assambleya çərçivəsində
keçirilən Asiya
Parlament Assambleyasının
(APA) Koordinasiya iclasında
çıxış edib.
Respublikamızın sədrliyi dövründə
təşkilatın fəaliyyəti
güclənib
Sahibə Qafarova
həmçinin Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev, PAİ Baş katibi, Pakistan Senatının, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının
(İCAPP) Daimi Komitəsinin,
Bəhreyn Nümayəndələr
Şurasının, İsrail
Knessetinin, Mərakeş
Krallığı Müşavirlər
Palatasının sədrləri
ilə görüşüb.
Daşkənddə keçirilən
mühüm tədbirlərdən
biri də Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin
dördüncü konfransı
olub. "Bandunq Ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu" mövzusuna həsr olunmuş konfransa Milli Məclisin və Parlament Şəbəkəsinin sədri
Sahibə Qafarova sədrlik edib.
2019-2024-cü illərdə Azərbaycanın Qoşulmama
Hərəkatına sədrliyi
bu təşkilatın
son tarixində
böyük nailiyyətlərlə
əlamətdar olub. Hələ 2019-cu ildə Prezident İlham Əliyev Azərbaycanın
Qoşulmama Hərəkatına
sədrliyi zamanı beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini,
fəaliyyətini tarixi
"Bandunq prinsipləri"
üzərində quracağını
bəyan etmişdi. Sədrliyi dövründə
ölkəmiz həyata
keçirdiyi fəaliyyətlə
dünyada Hərəkatın
rolunun gücləndirilməsinə,
"Bandunq prinsipləri"nin
dəstəklənməsinə, üzv ölkələrin
maraqlarının qorunmasına
böyük töhfələr
verib, BMT ilə çoxtərəfli əlaqələrin
təşviq edilməsi,
qorunması və gücləndirilməsi istiqamətində
səylərini əsirgəməyib.
Belə ki, bu dövrdə respublikamızın təşəbbüsləri
ilə üzv dövlətlərin maraqları
naminə təşkilatın
potensialından və
imkanlarından səmərəli
istifadə olunub və Qoşulmama Hərəkatı qlobal məsələlərdə söz
sahibi kimi çıxış etməyə
başlayıb. Məhz
Prezident İlham Əliyevin Sədrliyi ilə Qoşulmama Hərəkatının nüfuzu
əhəmiyyətli dərəcədə
yüksəlib və bu təsisat beynəlxalq
münasibətlər sistemində
mühüm rol oynayan siyasi platformaya çevrilib.
Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin
institusional çərçivəsi
daha da inkişaf
etdiriləcək
Azərbaycanın sədrliyi
dövründə Qoşulmama
Hərəkatının institusional
fəaliyyətinin inkişafı
istiqamətində də
mühüm işlər
görülüb. Bu mənada respublikamızın
QH-na uğurlu sədrliyinin əsas nümunələrindən biri
təşkilatın Parlament
Şəbəkəsinin yaradılmasıdır.
Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsi
Prezident İlham Əliyevin təşəbbüsünə
əsasən təşkilatın
prinsip, ideya və məqsədlərinin
həyata keçirilməsində
parlamentarilərin konstruktiv
rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri
arasında əlaqələrin
dərinləşdirilməsi məqsədilə 2021-ci ilin
noyabr ayında təsis olunub.
Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin
dördüncü konfransında
bu barədə danışan Milli Məclisin Sədri Sahibə Qafarovanın sözlərinə görə,
təsis olunduqdan indiyədək Parlament Şəbəkəsinin üç
konfransı keçirilib.
Bu tədbirlərdə
70 ölkədən, 15 beynəlxalq
təşkilatdan olmaqla,
iştirakçıların ümumi sayı 1000 nəfərdən çox
olub. Sahibə Qafarova deyib ki, hər bir
konfransda iştirakçıların
sayı əvvəlki
ilə müqayisədə
daha da artıb
ki, bu da
Parlament Şəbəkəsinə
artan marağın nəticəsidir. Hazırda
isə Parlament Şəbəkəsi Qoşulmama
Hərəkatına üzv
dövlətlərin parlamentlərinin
yarısından çoxunu
təmsil edir.
Azərbaycan parlamentinin
sədri, həmçinin
deyib ki, hər bir konfrans
şəbəkənin institusional
inkişafı baxımından
da mühüm əhəmiyyət kəsb
edib. Belə ki, Bakı Konfransı
təşkilatın Əsasnaməsini,
rəsmi loqosunu və bayrağını qəbul edib, sədr və 3 sədr müavini seçilib. Manama konfransı şəbəkənin
iş üsullarını
daha da inkişaf
etdirib və təkmilləşdirib. Cenevrə
konfransı büronun
və 4 daimi komitənin yaradılması
haqqında qərarlar
qəbul edib.
Digər təşkilatlarla
institusional dialoqun inkişaf etdirilməsi də Parlament Şəbəkəsinin əsas
diqqət mərkəzində
olan məsələlərdəndir.
Hazırda Parlament Şəbəkəsi 6 təşkilatda
müşahidəçi statusuna
malikdir, 7 təşkilat
isə şəbəkədə
müşahidəçi statusu
alıb. Həmçinin
7 təşkilatla Anlaşma
Memorandumu imzalamaqla, şəbəkə beynəlxalq
əməkdaşlıqda iştirakını
daha da genişləndirib.
Parlament Şəbəkəsi
Qoşulmama Hərəkatına
üzv dövlətlərin
parlamentləri arasında
ikitərəfli əlaqələrin
inkişafı üçün
də çox mühüm və faydalı platformadır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Milli Məclisində Qoşulmama
Hərəkatına üzv
dövlətlərin parlamentləri
ilə əməkdaşlıq
üzrə əlavə
işçi qruplar yaradılıb.
Xatırladaq ki,
Milli Məclisin Sədri Sahibə Qafarovanın Özbəkistana
işgüzar səfəri
zamanı Qoşulmama Hərəkatı Parlament
Şəbəkəsi ilə
Türk Mədəniyyəti
və İrsi Fondu və Tolerantlıq
və Sülh Təşkilatı arasında
memorandumlar imzalanıb.
Bu sənədlər Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsi
ilə sözügedən
təşkilatlar arasında
əməkdaşlığın gücləndirilməsinə xidmət
edəcək.
Onu da qeyd edək ki, Daşkənd konfransında şəbəkəyə
üzv parlamentlərin
yekdil mövqeyini ifadə edən və bir sıra
mühüm müddəaların
əks olunduğu Daşkənd Bəyannaməsi
qəbul olunub. Bəyannamədə digər
məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional
çərçivəsinin daha da inkişaf
etdirilməsi, o cümlədən
büro və daimi komitələrin fəaliyyətlərinin təmin
olunması, şəbəkənin
mənzil qərargahının
yaradılması istiqamətində
müzakirələrin davam
etdirilməsinin əhəmiyyəti
vurğulanıb. Sənəddə,
həmçinin Bakı
İqlim Birliyi Paktına və COP29-un mühüm nəticələrinə,
Qoşulmama Hərəkatına
üzv dövlətlərdə
öz yaşayış
yerlərini zor gücü ilə dəyişməyə məcbur
qalmış insanların,
o cümlədən Qərbi
Azərbaycan İcmasının
öz evlərinə sülh yolu ilə təhlükəsiz
şəraitdə və
ləyaqətlə geri
qayıdışı hüququna
dəstək ifadə
edilib.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2025.-
9 aprel (№ 68).- S.6.