Qərbi Azərbaycan İcması Avropa Şurasının ali komissarını ikili standartlar siyasətinin girovu olmamağa çağırıb
Avropa Şurasının
İnsan hüquqları
üzrə ali komissarı Maykl O’Flaertinin “Avropa Şurası Parlament Assambleyası” adlanan qurumda Ermənistandan olan deputatların suallarına verdiyi cavablar onun məsələlərdən
tam xəbərsiz olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Qərbi Azərbaycan İcmasının
bəyanatında yer alıb.
Bəyanatda, həmçinin
bildirilib: “Ali komissarın ermənilərin
Azərbaycana qayıdışı
məsələsinə toxunub
Qərbi azərbaycanlıların
Ermənistana öz dədə-baba yurdlarına
qayıdışından bəhs
etməməsi qəbuledilməzdir.
Biz ali komissarı
insan hüquqlarına
münasibətdə bir
sıra Qərb təsisatlarında dərin
kök salmış ikili standartlar siyasətinin girovu olmamağa çağırırıq.
Bundan əlavə, ali komissar, hazırda Bakıda davam edən məhkəmə ilə bağlı cəzasızlığı təşviq edən açıqlamalar verməməli, əksinə Ermənistan hakimiyyətini öz ərazisində olan hərbi caniləri, o cümlədən bu gün törədilməsindən 33 il keçən Ağdaban faciəsinin günahkarlarını mühakimə etməyə çağırmalı, “Azərbaycanlıları qovmaqla 600 illik tarixi məqsədə nail olduq”, - deyə qürrələnən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandan izahat tələb etməli, Azərbaycan xalqının dini-mədəni irsinin acınacaqlı vəziyyətinin monitorinq edilməsi, azərbaycanlılara qarşı xüsusən mediada və ictimai diskursda tüğyan edən etnik nifrət hallarının araşdırılması üçün Ermənistana səfər etməlidir”.
Azərbaycan.-2025.- 9 aprel (¹ 68).- S.6.