Qoşulmama Hərəkatının Parlament
Şəbəkəsi Qərbi
Azərbaycan İcmasının
öz yurdlarına qayıdışını dəstəkləyib
Qərbi azərbaycanlıların
qayıdış hüququna
beynəlxalq dəstəyin
əldə edilməsi
istiqamətində növbəti
mühüm uğur əldə edilib.
AZƏRTAC xəbər verir ki, bu
barədə Qərbi
Azərbaycan İcması
bəyanat yayıb. Bildirilib ki, Qoşulmama Hərəkatının
Parlament Şəbəkəsinin
6 aprel 2025-ci il tarixində Özbəkistan
Respublikasının paytaxtı
Daşkənd şəhərində
keçirilmiş IV konfransında
qəbul edilmiş bəyannamədə Qərbi
Azərbaycan İcmasının
öz yurdlarına sülh yolu ilə, təhlükəsiz
və ləyaqətli
şəkildə qayıdış
səylərinə dəstək
ifadə olunub.
Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin
bu qərarı bütövlükdə Qoşulmama
Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin
Bandunq Prinsiplərinə
sadiqliyini və Qərbi Azərbaycana qayıdışın beynəlxalq
sülh və ədalətə xidmət
edən mövzu kimi qəbul edilməsini bir daha göstərir.
Qərbi Azərbaycan İcması sərgilədiyi ədalətli mövqeyə görə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Parlament Şəbəkəsinə sədrlik edən Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkür edir.
Azərbaycan.-2025.- 9 aprel (№ 68).- S.6.