Azərbaycanın qlobal enerji ailəsində nüfuzu yüksəlir

 

"Aprelin 4-də Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın regional qlobal enerji bazarlarında artan rolunu bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin açılış mərasiminə qatılması çıxışı qlobal enerji ailəsinə böyük ehtiramın, hörmətin nümunəsi kimi qarşılanmaqla tədbirin xüsusi yüksək statusunu göstərdi".

Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, bu tədbirlərdə dünyanın 24 ölkəsinin, 7 beynəlxalq maliyyə institutu 42 enerji şirkətinin nümayəndələrinin iştirakı dünyanın enerji sənayesi sahəsində mövcud reallıqların müzakirəsində Bakının mərkəzi coğrafiya olmasını təsdiqləyir.

Deputat qeyd edib ki, Bakıda müvafiq dövlət qurumlarının müxtəlif ölkələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, eləcə tanınmış biznes icmasının bir araya gələrək səmərəli görüşlər keçirməsi, faydalı müzakirələr aparması əməkdaşlığın yeni yollarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Enerji sənayesində çalışan, sərmayələr xərcləyən nəhəng şirkətlərin nümayəndələrinin əhəmiyyətli təklifləri isə dünya miqyasında enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verir. "Yaşıl enerji" ailəsinin üzvlərinin iclasda böyük bir investorlar qrupunda təmsil olunması Azərbaycanın bərpaolunan enerji sektoruna marağı əks etdirməklə, yeni layihələrə yol açır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin, Türkiyə digər ölkələrin  sənaye qabaqcıl texnologiyalar üzrə tanınmış şirkətlərinin Bakı iclasında yer alması "yaşıl enerji"nin aktual gündəmdə ön plana çıxaraq yeni beynəlxalq platformaya çevrildiyini göstərir", - deyə o əlavə edib.

A.Hüseynov bildirib ki, qaz nəqlinin ana arteriyası olan "Cənub qaz dəhlizi" layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynamasını təmin edib. 2020-ci ilin dekabrından qaz nəqlini həyata keçirən "Cənub qaz dəhlizi"nin sonuncu hissəsi - TransAdriatik Qaz Kəməri (TAP) ilə təkcə Avropanın 10-dan çox ölkəsinə yanacaq ixrac edilir. Hazırda illik 25 milyard kubmetr qaz nəql edən Azərbaycanın yaxın 5 il ərzində hasilatı ixracı 20 faiz artıraraq ixracın həcmini 30-31 milyard kubmetrə qədər çatdırması proqnozlaşdırılır. Həmin qazın 20 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu nikbin proqnozlar Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) bir neçə ay əvvəl açıqladığı hesabatda da öz əksini tapıb. Həmin pronozlara əsasən, Avropanın etibarlı uzunömürlü qaz təminatı strategiyasında Azərbaycanın rolu daha da artacaq 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı nəqli 40 faiz çoxalacaq. Nəticədə Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetri ötmüş olacaq. Həmçinin Avropa İttifaqı ölkələrinə Azərbaycanın enerji resursları ilə yanaşı, digər Xəzəryanı ölkələrin yanacaq ehtiyatlarının cəlb olunması nəzərdə tutulur.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.- 2025.- 9 aprel (№ 68).- S.7.