Azərbaycanın enerji təchizatçısı kimi əhəmiyyəti ilbəil artır

 

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında aparılan müzakirələrdən bir daha aydın oldu ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsini hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edir. Azərbaycanın təşəbbüsü ilə yaradılan platformada iştirakçıların sayının artması, "Cənub qaz dəhlizi"nin coğrafiyasının genişlənməsi bir daha göstərir ki, bütün tərəflər ortaq məqsəd ətrafında birləşir".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Deputat qeyd edib ki, Prezidentin bəyan etdiyi kimi, birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri gerçəkləşə bilməz. İkinci məqsəd özləri, öz qonşuları tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. "Təsadüfi deyil ki, son bir ildə əlavə 5 ölkə Azərbaycan qazının alıcısına çevrilib. Azərbaycan qazı  artıq 12 ölkəyə çatdırılır. Avropaya qaz təchizatımızın coğrafiyasının genişlənməsi həm etibarlı tərəfdaşlığın nəticəsidir. Əsas hədəf 3 seqmentdən - Cənubi Qafqaz Boru Kəməri, TANAP TAP-dan ibarət olan "Cənub qaz dəhlizi"nin daha da genişləndirilməsinə nail olmaqdır. Bu isə təbii ki, maliyyələşmə tələb edir. Bu səbəbdən dövlətimizin başçısı faydalı qazıntıların maliyyələşdirilməsinin vacibliyinə diqqət çəkib: "Faydalı qazıntılarla zəngin olan bərpa-olunan enerjiyə sərmayə qoyan ölkələrə dəstək olmalıdır, hücum çəkilməli deyil". Təbii ki, "yaşıl gündəlik" bu gün dövlətlərin milli prioritetləri sırasındadır. COP29-un ev sahibi kimi Azərbaycan dünyaya həm faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik ayırıcı xətlər olmamasına dair mesaj verdi. Əməkdaşlığın real nəticələrinə gəlincə, 2030-cu ilə qədər hədəf 6 giqavat günəş külək enerjisinin təmin olunmasıdır. İşğaldan azad olunmuş ərazilərin potensialını da nəzərə alsaq, Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur", - deyə o əlavə edib.

N.Məmmədova xatırladıb ki, Avropa İttifaqının rəsmisi Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha bəyan edib. Hazırda Cənubi Qafqazla Avropa İttifaqı arasında "yaşıl enerji" dəhlizinin qurulması üzərində aparılır. Bu isə onu deməyə əsas verir ki, zaman-zaman bəzi Qərb dairələrinin, xüsusilə erməni lobbisinin Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltmək cəhdləri nəticə vermədi.

Deputatın sözlərinə görə, burada Fransanın qərəzli mövqeyi qeyd edilməlidir: "Hər birimiz xatırlayırıq, Fransa Prezidenti Emmanuel Makron çıxışlarının birində "biz Ermənistanın maraqlarını Avropanın enerji maraqlarına qurban verə bilmərik" söyləmişdi. Burada sual meydana çıxır - hansı Ermənistan? Heç bir resursa, heç bir nüfuz siyasi çəkiyə malik olmayan Ermənistan? Avropanın maraqlarını buna qurban vermək dərəcədə məntiqlidir? Azərbaycanmı Avropa üçün daha vacibdir, yoxsa Ermənistan?".

Deputat hesab edir ki, bu sualın cavabı hər kəsə aydındır: "On ildən çoxdur Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantılarında da Azərbaycanın enerji təhlükəsizliyində əhəmiyyəti xüsusi vurğulanır, regiondakı mövqeyi dəyərləndirilir. Ölkəmizə qarşı təşkil olunan qara piar kampaniyaları isə iflasa uğrayır. Məşvərət Şurası iclaslarına qatılan nümayəndələrin fikri bundan ibarətdir ki, Azərbaycan proqnozlaşdırmanı etibarlı tərəfdaşlığı təmin edən ölkəyə çevrilib".

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2025.- 9 aprel (№ 68).- S.7.