“Diplomatic World Sweden” saytı Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində
nazirlərin 11-ci iclası
barədə məqalə
dərc edib
Aprelin 4-də Cənub
Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 3-cü iclasları
keçirilib. Tədbirdə
24 ölkədən nümayəndələr
Azərbaycan və Avropa arasında enerji əməkdaşlığının
perspektivlərini müzakirə
etmək üçün
bir araya gəliblər.
AZƏRTAC xəbər verir ki, siyasətçilər
və diplomatlar üçün nəzərdə
tutulmuş “Diplomatic
World Sweden” saytında
bu görüşə
həsr olunmuş məqalə dərc edilib.
Məqalədə vurğulanır
ki, Azərbaycan Avropanın əsas enerji tərəfdaşlarından
biri kimi mövqeyini möhkəmləndirir.
2021-ci ildən ölkə
qaz ixracını 8 milyard kubmetrdən 13 milyard kubmetrə qədər artırıb.
Tədarüklər 12 ölkəni,
o cümlədən 10 Avropa
ölkəsini əhatə
edir, onlardan 8-i Aİ-nin tərkibinə daxildir.
İsveç saytı
qeyd edir ki, Prezident İlham
Əliyev tədarük
coğrafiyasını genişləndirmək
və Avropanın qaz infrastrukturuna sərmayə qoymaq niyyətini bəyan edib ki, bu
da Aİ ilə münasibətlərə strateji
xarakter verə bilər.
Bundan əlavə,
Azərbaycan bərpaolunan
enerjinin inkişafı
planlarını təqdim
edib. Ölkə
2030-cu ilə qədər
günəş və
külək enerjisi üzrə gücün 6 giqavata çatacağını
gözləyir ki, bu da daxili
istehlakı azaltmaqla yanaşı, qaz ixracını artıracaq.
Məqalədə Xəzər
regionunu Avropa ilə birləşdirən
3500 kilometr uzunluğunda
Cənub Qaz Dəhlizinə xüsusi diqqət yetirilir. Marşrut tam gücü ilə işləyir, amma dövlət başçısı
İlham Əliyevin qeyd etdiyi kimi,
onun daha da genişləndirilməsi
tələb olunur. Eyni zamanda, bu
cür layihələrin
maliyyələşdirilməsi getdikcə çətinləşir,
çünki bir çox beynəlxalq maliyyə institutları mədən yanacaqları ilə bağlı təşəbbüsləri dəstəkləməkdən
imtina edir.
Qeyd olunur ki, Cənubi Qafqaz ilə Avropa arasında yaşıl enerji dəhlizinin yaradılması
təşəbbüsü də müzakirə olunub. Layihə ilkin araşdırma mərhələsindədir və
gələcəkdə dayanıqlı
enerji tərəfdaşlığının
mühüm komponentinə
çevrilə bilər.
Müəllifin fikrincə, Bakıda keçirilən görüş Azərbaycanla Avropa İttifaqı arasında enerji əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub
Azərbaycan.-2025.-
9 aprel (№ 68).- S.7.