Karoli Matrai: “Xəzər-Qara dəniz-Avropa Yaşıl
Enerji Dəhlizi qlobal xarakter daşıyan layihədir”
Xəzər-Qara dəniz-Avropa
Yaşıl Enerji Dəhlizi qlobal xarakter daşıyan enerji nəqli layihəsidir. Bu layihənin texniki-iqtisadi əsaslandırılması bu
ilin üçüncü
rübündə hazır
olacaq.
AZƏRTAC xəbər verir ki, bu
sözləri ADA Universitetində
“İnnovativ yollarla yaşıl gələcəyə
doğru” mövzusunda
keçirilən beynəlxalq
konfransın panel iclasında Macarıstanın
MVM şirkətinin rəhbəri
Karoli Matrai deyib.
O bildirib ki, texniki-iqtisadi əsaslandırma
ilə bağlı sənədi CESI şirkəti
hazırlayır.
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin reallaşması üçün 2 milyard avro sərmayə lazım olacaq. Layihə region ölkələri ilə yanaşı Şərqi və Mərkəzi Avropa dövlətləri üçün də səmərəlidir. Bu layihə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, dövlətlərin iqtisadi inkişafına böyük təkan verəcək. Layihə çərçivəsində tikinti işləri 3 il dava edə bilər. Dünyanın bir sıra regionlarında bənzər layihələr həyata keçirilib”, - deyə Karoli Matrai əlavə edib.
Azərbaycan.-2025.- 9 aprel (¹ 68).- S.7.