Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Milli Məclisin deputatları ilə görüş olub

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin İctimai birliklər dini qurumlar komitəsinin üzvləri ilə görüş keçirilib.

Görüşdə komitənin sədri Fazil Mustafa, sədr müavini Sahib Alıyev, üzvləri - Azər Allahverənov Səbinə Salmanova, ekspert Əkbər Qoşalı, AHİK-in nümayəndələri iştirak ediblər.

Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən, dövlətimizin başçısı cənab İlham Əliyevin bu sahəyə diqqət qayğısından danışıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə AHİK- aparılan struktur islahatları, həyata keçirilən layihələr, tətbiq olunan yeniliklər, Əmək Sosial Münasibətlər Akademiyasında kadr hazırlığı üçün yaradılmış əlverişli şərait deputatların diqqətinə çatdırılıb. Bildirilib ki, yeni layihələrdən olan "AHİK Könüllüləri" uğurla davam etdirilir, "Layiqli Əmək Səfirləri" layihəsinə başlanılıb, yaxın vaxtlarda isə ittifaq üzvləri üçün xüsusi endirimlər nəzərdə tutan "AHİK Plus" proqramına start veriləcək. Qeyd olunub ki, yollayışların vahid mərkəzdən verilməsi üçün "Kurort" Turizm İnformasiya Mərkəzi yaradılıb, prosedur sadələşdirilib, prosesin tam rəqəmsallaşdırılması işləri davam etdirilir.

AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyasının təsdiqləndiyini vurğulayan Konfederasiya sədri beynəlxalq təcrübəyə müasir çağırışlara uyğunlaşdırılması üçün həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərin hazırlandığını qeyd edib.

Sonra AHİK-in fəaliyyəti "Layiqli Əmək Səfirləri" layihəsi barədə videomateriallar nümayiş olunub.

Milli Məclisin İctimai birliklər dini qurumlar komitəsinin sədri Fazil Mustafa Konfederasiyada həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Deputatlar - Sahib Alıyev, Azər Allahverənov Səbinə Salmanova çıxışlarında əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının xidmətlərindən bəhs edib, qurumun işinə uğurlar arzulayıblar.

Sonra Milli Məclisin üzvləri AHİK- vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin "Kurort" Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə tanış olublar.

 

Azərbaycan.-2025.- 9 aprel (№ 68).- S.8.