Cəbrayılda
növbəti əmək
yarmarkası olub, 100-dən
çox vakansiya təqdim edilib
Böyük Qayıdış
proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq
Agentliyi işğaldan
azad olunmuş ərazilərimizə köçürülən
sakinlər üçün
aktiv məşğulluq
proqramlarını davam
etdirir.
Nazirliyin İctimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a verilən məlumata
görə, Cəbrayıl,
Qubadlı, Zəngilan
rayonlarında Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəliyinin
dəstəyi ilə Cəbrayıl rayonu, M.Mehdizadə adına tam orta məktəbdə
növbəti əmək
yarmarkası keçirilib.
Yarmarkada 13 işəgötürən
tərəfindən 100-dən çox vakansiya (o cümlədən elektrik mühəndisi, departament müdiri, şöbə müdiri, böyük məsləhətçi, mühasib,
anbardar, kassir, satıcı, çilingər,
bənna, rəngsaz, aşbaz, nəzarətçi,
santexnik, qazpaylayıcı
stansiyada operator və s.) təqdim olunub.
Tədbirdə iştirak edən sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Azərbaycan.-2025.- 9 aprel (№ 68).- S.8.