Azərbaycanın ECO çərçivəsində əməkdaşlığı: Regional inkişaf yolunda mühüm addımlar

 

 

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində əməkdaşlığı ölkənin regional beynəlxalq iqtisadi münasibətlər sistemindəki fəal rolunu əks etdirir. ECO-ya 1992-ci ildən üzv olan Azərbaycan təşkilat daxilində həyata keçirilən bir sıra təşəbbüslərdə fəal iştirak edir üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir. Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm mədəni, elmi humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına ECO məkanında sülh, sabitlik inkişaf naminə həyata keçirilən birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır.

AZƏRTAC təşkilatın fəaliyyətinə Azərbaycanın bu qurumun inkişafına verdiyi töhfələrə bir daha nəzər salır.

1964-cü ildə Türkiyə, Pakistan İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıqadı ilə yaradılan təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adını alaraq fəaliyyətini daha da genişləndirib. ECO-ya üzv olduqdan sonrakı illər ərzində Azərbaycan təşkilatın fəal iştirakçılarından birinə çevrilib, üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa müvəffəq olub.

Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr önəmli yer tutur. Prezident İlham Əliyevin bununla bağlı çıxışı Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edib: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

 

Azərbaycanın ECO-dakı iqtisadi təşəbbüsləri regional liderlik rolu

 

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında iqtisadi təşəbbüsləri regional liderlik rolu ölkənin son illərdə artan iqtisadi gücü, strateji mövqeyi çoxşaxəli diplomatik fəallığı fonunda ön plana çıxır. Azərbaycan regionda ticarət, enerji, nəqliyyat logistika sahələrində irəli sürdüyü təşəbbüslərlə ECO məkanında əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Təşkilatın fəal etibarlı üzvü olan Azərbaycan regionda bir sıra təşəbbüslərlə çıxış edir ECO çərçivəsində reallaşdırılan layihələrdə mühüm mövqeyə malikdir.

ECO-ya üzv ölkələrin Avropa Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir üzv dövlətlərin birgə fəaliyyətlərini daha da səmərəli edir.

Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Xüsusilə enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən əməkdaşlıq təşəbbüsləri ölkəmizin regional beynəlxalq rolunu daha da gücləndirib. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq, regionda sabitliyin inkişafın təmin olunmasına töhfə verir. Ölkəmiz ECO-nun 2006-cı ilin mayında 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX XII Zirvə görüşlərinə uğurla ev sahibliyi edib. Bu toplantılar çərçivəsində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Həmin Zirvə görüşlərində Azərbaycanın təşəbbüsü ilə enerji təhlükəsizliyi, nəqliyyat bağlantılarının gücləndirilməsi, ekoloji məsələlər davamlı inkişaf mövzularında önəmli sənədlər qəbul olunub. Bu da Azərbaycanın ECO daxilində təşəbbüskar regional lider statusunu bir daha təsdiqləyib.

 

Enerji nəqliyyat sahələrində əməkdaşlıq: Azərbaycanın strateji rolu

 

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Ölkənin zəngin enerji ehtiyatları əlverişli coğrafi yerləşməsi onu regionun əsas tranzit enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqe sayəsində həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Ölkəmiz bu marşrutların texniki logistika infrastrukturunun inkişaf etdirilməsinə, regional tranzit imkanlarının artırılmasına yönəlmiş layihələrdə fəal rol oynayır. Bu baxımdan ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Orta Dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında Azərbaycanın rolu danılmazdır.

Bu gün nəqliyyat sahəsində Azərbaycanın ECO regionunda aparıcı aktor kimi çıxış etdiyini əminliklə deyə bilərik. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir: “Azərbaycanın nəqliyyat logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub Avrasiyanın Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.

Prezidentin bu çıxışı Azərbaycan dövlətinin nəqliyyat sektoruna verdiyi strateji önəmi region ölkələri ilə əməkdaşlığa göstərdiyi səyləri aydın şəkildə ifadə edir. Azərbaycanın multimodal nəqliyyat infrastrukturuna yatırdığı sərmayələr, Şərq-Qərb Şimal-Cənub dəhlizləri boyunca əlaqələrin genişləndirilməsi ECO məkanında logistik qovşaq rolunu daha da möhkəmləndirir. Bu da üzv dövlətlər arasında ticarətin asanlaşdırılması iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.

Bundan əlavə, Azərbaycan ECO çərçivəsində yaşıl enerji təşəbbüslərinə böyük önəm verir. Son dövrlərdə Azərbaycan, Qazaxıstan Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə sənəd imzalanıb. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir. Bakıda ECO regionu üçünTəmiz Enerji Mərkəzi”nin yaradılması ilə bağlı aparılan müzakirələr Azərbaycanın bu sahədəki liderlik iddiasını bir daha ortaya qoyur.

 

Azərbaycan ECO çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır

 

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində çoxşaxəli maraqlara sahibdir. Bu maraqlar həm iqtisadi, həm geosiyasi, həm mədəni sosial sahələri əhatə edir.

İlk növbədə, Azərbaycan ECO ölkələri ilə ticarət dövriyyəsinin iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Ölkəmiz regionda ticarətin asanlaşdırılması, gömrük logistika prosedurlarının sadələşdirilməsi, sərmayə mühitinin yaxşılaşdırılması sənaye əməkdaşlığının gücləndirilməsi kimi təşəbbüslərlə çıxış edir.

Geosiyasi baxımdan, ECO platforması Azərbaycan üçün regional həmrəyliyin strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir.

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinin cari ildə Azərbaycanda keçirilməsi qərarı ölkəmizin bu nüfuzlu regional qurum çərçivəsində artan rolunun fəallığının təsdiqidir. Bu mühüm tədbirin Bakıda baş tutması Azərbaycanın Təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.

Bu tədbir Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Eyni zamanda, Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının layihələrin ECO məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq.

Beləliklə, Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqları kompleks strateji xarakter daşıyır, bu təşkilatla əlaqələrin inkişafı ölkənin regional beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

 

Azərbaycan.-2025.- 9 aprel (¹ 68).- S.8.