Ermənistanda vəziyyət gərginləşir

 

Kütləvi bahalaşmalar digər xərclərin artması ciddi etirazlara səbəb olub

 

Ermənistanda belə fikir formalaşıb ki, mövcud problemlərin meydana gəlməsi dərinləşməsində Paşinyan iqtidarının yarıtmaz siyasəti əsas rol oynayır. Məhz bu, ölkəni siyasi iqtisadi müstəvidə dalana dirəyib. Eyni zamanda hakimiyyətdə təmsil olunanların yaratdıqları korrupsiya rüşvət piramidası ölkə iqtisadiyyatının inkişafını əngəlləyən əsas faktorlardan biri olaraq qiymətləndirilir.

Ermənistan Statistika Komitəsinin məlumatına əsasən, ölkədə sənaye istehsalı 2025-ci ilin ilk iki ayında keçən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azalıb. Demək olar ki, bütün əsas ixrac sektorunda mənfi dinamika müşahidə olunur. Məlumata görə, ən ciddi azalma metallurgiya sektorundadır - təxminən 7 dəfə azalma ilə 35,6 milyard dram (təxminən 90 milyon ABŞ dolları) təşkil edir. Əvvəllər bu sektorda artım üçüncü ölkələrə təkrar ixrac üçün nəzərdə tutulmuş xaricdən gətirilən qızıl külçələrinin ilkin emalı sonradan zərgərlik sənayesində istifadə olunması hesabına baş verirdi.

Statistikaya görə, metallurgiyanın digər sahələrində azalma qeydə alınıb. Dəmir-molibden istehsalı 31,2 faiz, alüminium folqa istehsalı 4,3 faiz azalıb. Bu mallar Ermənistanın Avropa İttifaqı bazarında əsas ixrac malları sırasındadır. Ölkənin əsas ixrac xammal məhsulu olan mis konsentratının istehsalı isə 30 faiz azalıb.

Spirtli içkilərin istehsalında da mənfi dinamika müşahidə olunur: konyak istehsalı demək olar yarıbayarı - 45,3  faiz (100  faiz spirt baxımından 2 milyon litrdən bir qədər çox), şərab istehsalı isə 33,3 faiz (təxminən 846 min litrə qədər) azalıb.

Yüngül sənayedə 16,5 faiz azalma qeydə alınıb. Söhbət Ermənistan fabriklərinin Avropa ölkələrinin Rusiyanın sifarişi ilə istehsal etdiyi geyimlərin hazırlanmasından gedir.

İxrac da 2025-ci ilin ilk iki ayında 60 faiz (2,5 dəfə) azalaraq 1 milyard 41 milyon ABŞ dolları təşkil edib. Azalma demək olar bütün əsas sahələrə təsir göstərib: konyak digər sərt spirtli içkilərin ixracı 16 faiz, dəmir-molibden - 60 faiz, mis molibden konsentratları - müvafiq olaraq 20 faiz 40 faiz azalıb.

Xarici ticarət dövriyyəsində qeydə alınan mənfi saldonun həcminin mütəmadi olaraq artması Ermənistan iqtisadiyyatının ixrac potensialının tənəzzüldə olduğunu göstərən vacib faktordur. İş o yerə çatıb ki, əvvəl Ermənistanda istehsal edilən bəzi məhsullara olan tələbat artıq idxal hesabına ödənilir. Bunun əsas səbəblərindən biri Ermənistanda fəaliyyət göstərən müəssisələrin bir çoxunun fəaliyyətini dayandırması ya başqa ölkənin ərazisinə köçməsidir. Hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 60 faizindən çoxu işsizdir. Bu göstərici son aylardan xüsusilə artıb. Buna səbəb həm hakimiyyətin pandemiya dövrünün tələblərinə uyğun sosial-iqtisadi siyasət yürüdə bilməməsidir. "4rd.am" saytı yazır ki, ilin əvvəlindən bəri ölkədə xeyli sayda müəssisə, şirkət səhmdar cəmiyyət, habelə biznes ticarət obyektləri, kiçik orta sahibkarlar fəaliyyətini dayandırıb. Pandemiya müharibə nəticəsində il ərzində təkcə paytaxt İrəvanda yerini itirmiş insanların sayı 200 mini ötüb.

Ermənistanda sakinlərin çoxu bərbad vəziyyətdə yaşayır. Belə həyat sürən erməni sakinlər arasında baş nazir Nikol Paşinyanın bir zamanlar layiqli təqaüd ləyaqətli həyat vəd etdiyi təxminən 500 mindən çox təqaüdçü var. 2018-ci il inqilabından sonra Ermənistan hökuməti təqaüdləri 5 dəfə artırmaq barədə qərar qəbul etmişdi. Lakin Paşinyan unudur ki, təqaüd artımı hökumətin neçə dəfə qərar qəbul etməsi ilə deyil, bu qərarların nəticəsində təqaüdlərin qədər artması ilə ölçülür. Rəsmi statistika göstərir ki, son 7 ildə Ermənistanda təqaüdlər cəmi 8802 dram artıb.

Nikol Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl, yəni 2017-ci ilin sonunda Ermənistanda orta təqaüd 40.296 dram təşkil edirdi. Paşinyanın hakimiyyətə gəlməsindən təqaüdçülərə layiqli təqaüd vəd etməsindən sonra orta təqaüd 49.980 dram olub.

Nikol Paşinyanın baş nazirlik etdiyi 7 il ərzində Ermənistanda təqaüdlər orta hesabla illik cəmi 1257 dramla artıb. Bu müddətdə həyat qədər bahalaşıb, onu isə erməni sakinlər, xüsusilə təqaüdçülər öz üzərlərində çox yaxşı hiss edirlər. Kütləvi bahalaşmalar digər xərclərin artması bir yana, təkcə əmlak vergisinin dəfələrlə artması bunu təsəvvür etmək üçün kifayətdir. Məlumata görə, orta təqaüd son 7 ildə 22 faiz artıb. Bu, hətta rəsmi qeydə alınmış kumulyativ inflyasiyadan da azdır.

Bunların nəticəsidir ki, hakimiyyətin vətəndaşlar arasında dayağı laxlayıb. Odur ki,  Paşinyanın istefasını tələb edənlərin sırası gündən-günə çoxalır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2025.- 9 aprel (№ 68).- S.12.