Quba baharda daha füsunkar olur
Ölkəmizdə qeyri-neft
sektorunun inkişafı
prioritet elan ediləndən
sonra qiqqət mərkəzində dayanan
sahələrdən biri
də turizmdir. Turizm həm də bir çox
digər sahələrin
inkişafını təmin
edir. İndi Azərbaycanda
bu sektorun gəzinti turizmindən sağlamlıq turizminədək
az qala bütün
növləri fəaliyyət
göstərir. Turistlər
onlardan ilin bütün fəsillərində
yararlanıb istirahət
və müalicə oluna bilirlər.
Səyahət sevənlərin
ən çox seçdikləri turizm məkanlarından biri də Qubadır. Qubada ölkəmizin şəhər və rayonlarından, eləcə
də xaricdən gələnlərə hər
gün rast gəlmək mümkündür.
Onlar bu bölgəni yayda da, qışda da bəyənirlər.
Yazda səyahətin isə öz yeri var. Zəngin flora və faunası ilə seçilən Quba yazda xüsusi
bir görkəm alır. O üzdən bahar girəndən bəri rayona istirahətə gələn
turistlərin sayı xeyli artıb. Quba Olimpiya İdman
Kompleksi, SPA mərkəzləri,
Xınalıq kəndi,
Qonaqkənd, Afurca və digər ərazilərdəki turizm
məkanlarında xüsusən
həftəsonu canlanma
müşahidə olunur.
Yeri gəlmişkən,
deyək ki, turizm obyeklərində şərait
fəsillər nəzərə
alınmaqla dəyişir.
Turistlərin yerləşdikləri
binaların havalandırılması,
ətrafın infrastrukturu
fəslə uyğun qurulur.
Quba rayonunda
dağ, kənd, çadır turizmi geniş yayılıb. Yazda hotellərə müraciət edənlər
daha çox olur. Görünür, qonaqlar yaz yağışından
sığortalanmaq üçün
qapalı yerlər seçirlər.
Bununla belə, turistlərin sevdiyi marşrutlardan biri dağ kəndlərinə,
o cümlədən Xınalıq
istiqamətinədir. Xınalığın
tarixi, onun qədim yaşayış
məskəni kimi indiyədək qalması bu məkana turist axınını şərtləndirir. Şəraitə
uyğun olaraq burada turizmin kənd və çadır növləri
daha çox yayılıb. Odur ki, kənd evlərində, təbiətin qoynunda qurulmuş çadırda
istirahət edən qonaqlarla hər zaman rastlaşmaq mümkündür.
Haput, Qrız, Cek, Afurca, Gültəpə və digər kəndlərə yol alan turistlərin də sayı azalmır. Havalar bir az isinən
kimi iri qayaların, daş parçalarının yaxınlığında
dincələn çox
sayda romantik duyğulu insanlara rast gəlinir. Onlar baş gicəlləndirən dərin
dərələrə, keçilməz
yarğanlara baxmaqdan heyran qalanlardır.
Ümumiyyətlə, hazırda
dünyada ən çox yayılmaqda olan turizm növlərindən
biri kənd turizmidir. Bu, turizm bölgəsi olan Qubada da belədir. İlin bütün fəsillərində minlərlə
turist yolunu rayonun kəndlərinə,
xüsusən Nügədi,
Təngaltı, Afurca,
Qəçrəşə salır. Azərbaycanın
elə bir rayonu yoxdur ki, oradan Qubanın kəndlərinə turist marşrutları təşkil
edilməsin. Yerli turistlərlə yanaşı,
müxtəlif ölkələrdən
yüzlərlə qonaq
Qubanın səfalı
kəndlərinə üz
tutur. Özü də ildən-ilə onların sayı artmaqdadır.
Bu səbəbdən Qubadakı
istirahət mərkəzlərinin
sayı da ilbəil çoxalır. Bunun digər
səbəbi dağ kəndlərinin yollarının
təmiridir. Məsələn,
Qonaqkənd istiqamətində
yolların təmiri əraziyə turist axını ilə müşahidə edilir. Səfalı Möhüc,
Tülər, Gültəpə,
Yenikənd kimi dağ kəndləri də tezliklə yeni turist marşrutları olacaq. Artıq həmin kəndlərdə
turizm infrastrukturu yaradılır.
Həmsöhbətim Ruslan Hüseynov
Qubada turizm sahəsində çalışır.
O da təsdiqləyir ki, bahar
girəndən Qubaya gələn qonaqların sayı çoxalıb. Onlar təbiətin oyanışından həzz
almaq istəyənlərdir.
Ruslan həm də bildirdi ki, yaz-yay mövsümü ilə bağlı turizm obyektlərində təmizlik
və hazırlıq işləri başa çatıb.
Yeri gəlmişkən,
onu da qeyd edək ki, son illərədək
istirahət mərkəzlərində
çalışanlar arasında
mütəxəssislərin sayı az idi.
Bu da turistlərin qəbulunda,
eləcə də, onlara göstərilən xidmətdə özünü
göstərirdi. Hətta
bəzən turist bir istirahət yerində qəbuldan, xidmətdən məmnun qalmayıb digər məkana üz tuturdu. Artıq bu problem də aradan qaldırılır.
Rayonda bu sahədə çalışanlar
vaxtaşırı xüsusi
kurslarda iştirak edir, təcrübələrini
artırırlar. Çünki
bu gün turist üçün istirahət mərkəzlərinin
təkcə təbiəti
deyil, həm də orada işin
necə təşkil olunduğu da önəmlidir.
Qubanın dağətəyi
kəndlərində isə
çadır turizmi geniş yayılıb. Çadır turizmini daha çox avropalılar sevirlər. Şəxsi maşınlarında
səyahətə çıxanlar
bəyəndikləri yerlərdə
gecələməyə üstünlük
verirlər. Belə ərazilərdə olan turistlər həm də yaxınlıqda yaşayan insanlarla təmasda olurlar. Məlumdur ki, Qubada bir sıra azsaylı
xalqların nümayəndələri
yaşayırlar. Onların
tarixi kökləri ilə maraqlanan turistlər, daha doğrusu, həmin xalqların tarixini və mədəniyyətini
öyrənən mütəxəssislər
ilk növbədə Qubaya
üz tuturlar. Bu o deməkdir ki, tat, yəhudi,
ləzgi, ahıska türklərinin mədəniyyəti
turizm sektorunun inkişafı üçün
yeni imkanlar açıb.
Təbiət getdikcə
min rəngə boyanır.
Bahar yerini bərkitdikcə çal-çağırı
da artır. Sonra isə
yay gəlir. Deməli,
Quba hələ uzun müddət qonaq-qara sarıdan korluq çəkməyəcək.
Akif
ƏLİYEV,
Azərbaycan.-2025.- 9 aprel
(№ 68).- S.10.