"Konstitusiya Məhkəməsi haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
5-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, № 1, maddə 9 (Cild
I); 2024, № 11, maddə 1188) aşağıdakı
dəyişikliklər edilsin:
1. 14.3-cü maddə üzrə:
1.1. birinci cümlədə
"70" rəqəmləri
"75" rəqəmləri ilə əvəz edilsin;
1.2. ikinci cümlədə
"70" rəqəmləri "75 rəqəmləri" ilə
əvəz edilsin və həmin cümləyə "olunanadək"
sözündən sonra
", lakin 6 aydan çox olmayan müddətdə" sözləri
əlavə edilsin.
2. 23.1.2-1-ci maddədə "70" rəqəmləri
"75 rəqəmləri" ilə əvəz edilsin.
3. 24.1-ci maddədə "qanunun 23.1.2-ci," sözləri
"Qanunun 23.1.2-ci, 23.1.2-1-ci," sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 aprel 2025-ci il
Azərbaycan.-2025.- 8 aprel
(№ 67).- S.2.