Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sirrinin Mühafizəsi üzrə
İdarələrarası Komissiya
haqqında Əsasnamə”də
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 12, maddə
704 (Cild I); 2024, ¹ 3, maddə
262, ¹ 7, maddə 827) ilə
təsdiq edilmiş “Dövlət Sirrinin Mühafizəsi üzrə
İdarələrarası Komissiya
haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1. 5-ci hissənin on dördüncü abzası on beşinci abzas hesab olunsun və
aşağıdakı məzmunda
on dördüncü abzas əlavə edilsin:
“dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində
Azərbaycan Respublikasının
təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinə dair
normativ və metodiki sənədlərin
layihələrinə rəy
bildirir;”.
2. 6-cı hissə üzrə:
2.1. birinci abzasın ikinci cümləsi çıxarılsın;
2.2. ikinci abzasa “tərkibini” sözündən sonra “(sədrini və
üzvlərini)” sözləri
əlavə edilsin.
3. 8-ci və 9-cu hissələr aşağıdakı
redaksiyada verilsin:
“8. İdarələrarası
Komissiyanın sədri:
İdarələrarası
Komissiyanın fəaliyyətini
təşkil edir və ona rəhbərlik
edir;
İdarələrarası
Komissiyanın iş planını təsdiq edir və onun
icrasına nəzarət
edir;
İdarələrarası
Komissiyanın iclaslarının
gündəliyini müəyyənləşdirir,
iclaslar çağırır
və iclaslara sədrlik edir;
İdarələrarası
Komissiyanın qərarlarını,
iclas protokollarını
və İdarələrarası
Komissiyanın fəaliyyəti
ilə bağlı digər sənədləri
imzalayır;
İdarələrarası
Komissiyaya daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun
olaraq baxır və qanunla müəyyən edilmiş
qaydada tədbirlər
görür;
dövlət orqanlarından (qurumlarından),
yerli özünüidarəetmə
orqanlarından və hüquqi şəxslərdən
İdarələrarası Komissiyanın
fəaliyyəti ilə
bağlı zəruri
məlumatları, sənədləri
və materialları alır;
İdarələrarası
Komissiyanın fəaliyyətini
təmin edən idarələrarası ekspert
qrupları yaradır;
müqavilə əsasında dövlət
və qeyri-dövlət
müəssisə, idarə
və təşkilatlarını,
habelə ayrı-ayrı
mütəxəssis və
ekspertləri analitik-tədqiqat
işlərinin aparılması
üçün cəlb
edir;
Azərbaycan Respublikası Prezidentinin razılığı ilə
Katibliyin rəhbərini,
Katiblik rəhbərinin
təqdimatı əsasında
Katibliyin işçilərini
vəzifəyə təyin
və vəzifədən
azad edir;
Katibliyin fəaliyyətinə nəzarət
edir;
işçilərin
say həddi daxilində Katibliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində xərclər
smetasını təsdiq
edir;
Katibliyin işçiləri barəsində
həvəsləndirmə və
intizam tənbehi tədbirləri görür,
fərqlənən işçiləri
İdarələrarası Komissiyanın
təsis etdiyi döş nişanları
ilə və fəxri fərmanlarla təltif edir;
qanunlarla, həmçinin Azərbaycan
Respublikası Prezidentinin
aktları ilə müəyyən edilmiş
digər vəzifələri
yerinə yetirir və hüquqlardan istifadə edir.
9. İdarələrarası
Komissiyanın iclasları
sədr tərəfindən
təsdiq olunmuş iş planı əsasında keçirilir.
Növbədənkənar iclaslar
İdarələrarası Komissiya
sədrinin və ya üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə
çağırıla bilər.
İdarələrarası
Komissiyanın iclasları
onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir. Komissiya üzvünün iclasda iştirak etməsi mümkün olmadıqda, müzakirə edilən məsələlər barəsində
onun fikri yazılı surətdə
təqdim edilə bilər.
İdarələrarası Komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən İdarələrarası Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, İdarələrarası Komissiya sədrinin səsi həlledici hesab edilir.
İdarələrarası
Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi iclas protokoluna əlavə edilir.”.
4. 11-ci hissə ləğv edilsin.
5. 12-ci hissədə
“əsaslar əsasında”
sözləri “əsaslarla”
sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 aprel 2025-ci il
Azərbaycan.-2025.- 8 aprel
(¹ 67).- S.2.