Torpağın alınmasını zəruri
edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi
haqqında
¹ 100
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Prezidentinin “Torpaqların
dövlət ehtiyacları
üçün alınması
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə əlaqədar əlavə
tədbirlər barədə”
2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-1-ci bəndinə
əsasən və “Azərbaycan Respublikasının
2025-ci il dövlət
büdcəsi haqqında”
Azərbaycan Respublikasının
2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli
Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə” 2024-cü il
27 dekabr tarixli 268 nömrəli Fərmanının
3.8-ci bəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Qırmızı Körpü” və “Samur” dövlət sərhədindən buraxılış
məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə
proseslərinin optimallaşdırılması
və sürətli keçidin təmin edilməsi, o cümlədən
milli və iqtisadi təhlükəsizlik
nəzərə alınmaqla
sərhəd və gömrük nəzarətinin
daha səmərəli
təşkili məqsədilə
Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində
0,49 hektar və Qazax rayonu Şıxlı
Bələdiyyəsinin mülkiyyətində
5,53 hektar, Qusar rayonunun inzibati ərazisində dövlət
mülkiyyətində 8,27 hektar
və Qusar rayonu Samur Bələdiyyəsinin
mülkiyyətində 2,752 hektar olmaqla, ümumilikdə dövlət
mülkiyyətində olan
8,76 hektar torpaq sahəsi üzərində
istifadə hüququnu
və bələdiyyə
mülkiyyətində olan
8,282 hektar torpaq sahəsini dövlət ehtiyacları üçün
alan orqan Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi müəyyən
edilsin.
2. Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi bu Qərarın 1-ci hissəsində
nəzərdə tutulan
dövlət mülkiyyətində
olan torpaq sahələri üzərində
istifadə hüququnun
və bələdiyyə
mülkiyyətində olan
torpaq sahələrinin
dövlət ehtiyacları
üçün alınması
ilə bağlı hazırlıq tədbirlərini
“Torpaqların dövlət
ehtiyacları üçün
alınması haqqında”
Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq həyata keçirsin və bu barədə
təkliflərini Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə təqdim
etsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
7 aprel 2025-ci il
Azərbaycan.-2025.- 8 aprel
(¹ 67).- S.2.