Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın
150-ci Assambleyasının açılış
mərasimində iştirak
edib
Özbəkistan Respublikasının
paytaxtı Daşkənd
şəhərində Parlamentlərarası
İttifaqın 150-ci Assambleyasının
açılış mərasimi
keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova mərasimdə iştirak edib.
Tədbirdə çıxış
edən Özbəkistan
Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın
prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunkonq mərasim iştirakçılarını salamlayaraq, Assambleya çərçivəsində müzakirə olunacaq mövzuların aktuallığı
ilə bağlı fikirlərini səsləndiriblər.
Qeyd edək ki, spiker Sahibə Qafarovanın Assambleyada çıxışı nəzərdə tutulub. Azərbaycan parlamentinin sədri həmçinin tədbir çərçivəsində bir sıra ölkələrin qanunverici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirir.
Azərbaycan.-2025.- 8 aprel (№ 67).- S.4.