Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq
üzrə Dövlət
Komissiyasının yeni
tərkibinin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı
ilə yaradılmış
Azərbaycan Respublikası
ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə
Dövlət Komissiyasının
(bundan sonra - Dövlət Komissiyası)
aşağıdakı yeni
tərkibi təsdiq edilsin:
Dövlət Komissiyasının
sədri
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin (SOCAR-ın)
prezidenti
Dövlət Komissiyasının
üzvləri
Azərbaycan İnvestisiya
Holdinqinin Baş icraçı direktoru
Azərbaycan Nəqliyyat
və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru
"Azərenerji" Açıq
Səhmdar Cəmiyyətinin
vitse-prezidenti
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini
Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının prezidenti
PAŞA Holdinqin Baş
icraçı direktoru
NEQSOL Holdinqin Baş
icraçı direktoru
Azərbaycan Respublikasının
Yaponiyada fövqəladə
və səlahiyyətli
səfiri.
2. Dövlət Komissiyasının
cari fəaliyyətinin
təşkili məqsədilə
Dövlət Komissiyasının
Katibliyi yaradılsın
və Katibliyin funksiyasının həyata
keçirilməsi Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyinə həvalə
edilsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərsin.
4. "Azərbaycan Respublikası
ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə
Dövlət Komissiyasının
yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 12, maddə
1111 (Cild I) ləğv
edilsin.
5. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 aprel 2025-ci il
Azərbaycan.-2025.- 10 aprel
(¹69).- S.6.