Azərbaycan və İran nümayəndə
heyətləri Bakı
Beynəlxalq Dəniz Ticarət Limanına baxış keçiriblər
Aprelin 9-da Azərbaycan
Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə
İran arasında iqtisadi,
ticarət və humanitar sahələrdə
əməkdaşlıq üzrə
Dövlət Komissiyasının
Azərbaycan tərəfindən
həmsədri Şahin
Mustafayev və ölkəmizdə səfərdə
olan İran İslam Respublikasının yol və şəhərsalma
naziri, Komissiyanın
İran tərəfindən həmsədri Fərzanə
Sadiq iki ölkənin nümayəndə
heyətlərinin müşayiətilə
Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birgə baxış keçiriblər.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
həmsədrlərə Bakı
Limanına dair təqdimat nümayiş etdirilib, limanın tarixi, infrastrukturu və imkanları, o cümlədən illik yükaşırma qabiliyyətinin
15 milyon tondan 25 milyon tonadək artırılması məqsədilə
ikinci faza çərçivəsində aparılan tikinti işləri barədə
məlumat verilib.
Qeyd edilib ki, ikinci fazanın
tamamlanmasından sonra
Bakı limanının
genişləndirilməsi Azərbaycanın
Avropa və Asiyanı əlaqələndirən
nəqliyyat və logistika qovşağı kimi strateji əhəmiyyətini
daha da artıracaq.
Daha sonra limanın əsas yük terminalına, Ro-Ro və Bərə terminallarına, çeşidləmə məntəqəsinə baxış keçirilib.
Azərbaycan.-2025.-
10 aprel (№69).- S.6.