Rəsmi İrəvan
mina terroruna son qoymalıdır
Ermənistanın işğalçılıq
siyasəti Azərbaycan
xalqının faciələrinə
səbəb olub. Tarixin ayrı-ayrı dövrlərində ictimai-siyasi
vəziyyətin qarışdığını
görən, əllərinə
fürsət düşdüyünü
düşünən qəsbkar
ermənilər aranı
qızışdırıb, münaqişələr yaradıb,
qırğınlar, soyqırımları
törədiblər. Məqsədlərinə
özlərinə Azərbaycan
torpaqlarında dövlət
qurmaqla çatsalar
da, məkrli iddiaları
bitməyib.
XX əsrin sonlarında da məqsəd eyni idi. Hamisi olmuş,
sayəsində Azərbaycanın
bir sıra ərazilərini ələ
keçirmiş sovet hökumətinin süquta
uğradığı vaxtlarda
Ermənistan müstəqillik
yolunda addımlarını
atan, sosial-iqtisadi böhranın girdabına
düşmüş, ordusu
hələ yaranıb
formalaşmamış respublikamıza
qarşı yenidən
hücuma keçdi. Erməni quldurları başlanğıcda pərakəndə
kimi görünən
bütün təxribat,
terror və qətl hadisələrini, əslində,
çoxdan qurulmuş
plana uyğun şəkildə
həyata keçirirdilər.
Ermənistanı azərbaycanlılarsız
qoymaq üçün
Qərbi Azərbaycanda
törətdikləri faciələr
də, Qarabağda, Şərqi Zəngəzurda
təşkil etdikləri
hücumlar da ermənilərin
"böyük Ermənistan"
xülyalarını uydurmadan
həqiqətə çevirmək
istəkləri idi.
Ötən yüzilliyin
axırlarında Ermənistan
himayədarlarından aldığı
silah-sursatla hərbi gücü zəif olan Azərbaycanın iyirmi faiz ərazisini
qəsb edə bildi. Həmin torpaqları otuz ilə yaxın işğal altında saxladı. Ancaq ölkəmizin bütün
sahələrdə gündən-günə
güclənməkdə olduğunu
gördükcə Ermənistan
rəhbərlərinin canına
qorxu düşürdü.
Bununla belə işğalçılıq siyasətindən
də əl çəkmirdilər. Azərbaycanın
münaqişəni ədalətlə,
sülh yolu ilə həlli təklifləri və səyləri nəticəsiz
qalırdı.
1994-cü il mayın 12-də imzalanmış
atəşkəs sazişinə
əməl etməyən
Ermənistanın silahlı
qüvvələri həm
Azərbaycan Ordusunun mövqelərini, həm də mülki vətəndaşlarımızın yaşayış yerlərini
intensiv olaraq atəşə tuturdular. Nəticədə əsgər
və zabitlərimiz, mülkü şəxslərimiz
şəhid olurdular. Həmin illərdə işğalçı ölkənin
Azərbaycana qarşı
həyata keçirdiyi
ən dəhşətli
cinayətlərdən biri
də qəsb etdiyi Qarabağ və Şərqi Zəngəzur ərazilərimizdə
mina terroru həyata keçirməsi idi.
Ermənistan və ona havadarlıq edənlər, əslində,
işğalı, terroru
dəstəkləyən bir
sıra dövlətlər
və beynəlxalq təşkilatlar məqsədlərinə
çatmadılar. 2020-ci ildə
baş verən Vətən müharibəsində
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub
edərək Qarabağı
və Şərqi Zəngəzuru azad etdi. 2023-cü ildə ordumuzun apardığı
lokal xarakterli antiterror
tədbirləri nəticəsində
Azərbaycanın suverenliyi
tam bərpa olundu.
Böyük Zəfərindən
sonra da Azərbaycan sülhün, sabitliyin bərqərar olmasına çalışır. Azərbaycan
və Ermənistan arasında sülh sazişinin imzalanmasını
ləngidən rəsmi
İrəvanın ikili
oyunlarıdır.
Təəssüf doğuran
məsələlərdən biri də Ermənistanın
Azərbaycana qarşı
mina terrorunun hələ
də ciddi bir problem olaraq qalmasıdır. Ermənistan
rəhbərliyinin Qarabağda
və Şərqi Zəngəzurda basdırdıqları
minaların dəqiq xəritəsini verməməsi
Azərbaycan vətəndaşlarının
faciələrinə səbəb
olur.
Xarici İşlər
Nazirliyinin (XİN) mətbuat
katibi Ayxan Hacızadə Beynəlxalq
Mina Xəbərdarlığı və Minatəmizləmə
Fəaliyyətinə Yardım
Günü münasibətilə
"Envoy" jurnalına müsahibəsində
bildirdi ki, Ermənistanın
Azərbaycana təqdim
etdiyi mina xəritələrinin
dəqiqliyi 25 faiz idi: "Beynəlxalq təzyiqdən sonra Ermənistan bəzi xəritələri təqdim
etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi və yalnız 25 faiz dəqiq idi. Son mina partlayışı hadisələrinin
55 faizdən çoxu
bu xəritələrlə
əhatə olunmayan ərazilərdə baş
verib".
Ayxan Hacızadə
qeyd edib ki, Ermənistanın xəritələri
Azərbaycan ərazilərində
təxminən 400 000 minanın
yerləşdirildiyini göstərsə
də, faktiki rəqəm 1,5 milyona yaxındır. Xarici İşlər Nazirliyinin
mətbuat katibi diqqətə çatdırıb
ki, Ermənistanın mina təhlükəsinə
münasibətdə bu
cür davranışı
regionda münaqişədən
sonrakı dövrdə
sülh və etimadın möhkəmləndirilməsi
istiqamətində atılan
tədbirlərə daha
bir geri addımdır: "Bu baxımdan
beynəlxalq ictimaiyyətin
Ermənistandan gələn
mina təhlükəsini pisləmək
üçün ardıcıl
tədbirlər görməsini
son dərəcə vacib
hesab edirik və Ermənistanın hələ də Azərbaycana tam təqdim edilməmiş bütün
minalanmış ərazilərin
dəqiq xəritələrini
təqdim etməsini gözləyirik. Məcburi
köçkünlərin təhlükəsiz
qayıdışını və zərər çəkmiş regionların
bərpasını təmin
etmək üçün
Ermənistanın bütün
minalanmış ərazilərin
dəqiq xəritələrini
təqdim etməsi son
dərəcə vacibdir".
Azərbaycan Respublikası
Minatəmizləmə Agentliyinin
(ANAMA) İdarə Heyətinin
sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı
və Mina Təhlükəsi
ilə Mübarizəyə
Yardım Günü ilə bağlı təşkil olunmuş oyundan sonra jurnalistlərə
açıqlamasında bildirdi
ki, mina təhlükəsi qlobal
problemdir: "2020-ci ildən
bu günədək
191 555 hektar ərazi minadan təmizlənib. Bu təmizləmə əməliyyatları
nəticəsində 36 mindən
çox piyada əleyhinə, 21 mindən
çox tank əleyhinə
mina, 133 mindən çox
partlamamış hərbi
sursat aşkar edilərək zərərsizləşdirilib".
Azərbaycan minalardan
ən çox əziyyət çəkən
ölkələrdən biridir.
Təəssüf ki, minadan
zərər çəkən,
həyatını və
ya sağlamlığını
itirən vətəndaşlarımızın
sayı artmaqda davam edir.
Aprelin 6-da işğaldan
azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi
ərazisində mina hadisəsi
baş verdi. Bu barədə Daxili İşlər Nazirliyinin
(DİN), Baş Prokurorluğun
və Minatəmizləmə
Agentliyinin (ANAMA) mətbuat
xidmətləri birgə
məlumat yayıb. Partlayışda bir ailənin üç üzvü - Qalayçılar
kənd sakini Məmmədov Səbuhi
Elman oğlu, onun
2012-ci il təvəllüdlü qızı və
2014-cü il təvəllüdlü oğlu xəsarət alıblar.
TƏBİB-dən açıqlandı
ki, yaralılar Bərdə
Rayon Mərkəzi Xəstəxanasının
Təcili tibbi yardım şöbəsinə
hospitalizasiya olunub:
"1983-cü il təvəllüdlü
(kişi cinsli) şəxsə sağ aşıq baldır oynağının travmatik
amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin
qəlpə yaraları,
2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki aşağı
ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri
stabildir".
Həmin gün işğaldan azad edilmiş daha bir ərazidə - Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində də mina
hadisəsi baş verdi. Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyindən (ANAMA) bildirildi
ki, agentliyin əməkdaşı
1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini
yerinə yetirərkən
piyada əleyhinə
mina partlayışı olub.
Hadisə nəticəsində
sağ ayağın topuq nahiyyəsi amputasiya edilib. Xəsarət alan əməkdaş rayon xəstəxanasına
yerləşdirilib.
Onu da qeyd edək ki, xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşən ANAMA-nın
əməkdaşı şəhid
oğludur. Onun atası polis baş çavuşu Əli Xankişiyev Birinci Qarabağ müharibəsində,
1991-ci ilin noyabrında
Cəbrayıl rayonunun
müdafiəsi uğrunda
gedən döyüşlərdə
qəhrəmancasına şəhid
olub.
Aprelin 6-da Azərbaycanın
Xarici İşlər
Nazirliyi mina partlayışı
ilə əlaqədar
beynəlxalq ictimaiyyəti
hərəkətə keçməyə
çağırdı. Bildirildi
ki, bu gün növbəti mina partlayışı
nəticəsində kiçik
yaşlı uşaqlar
da daxil olmaqla 4 Azərbaycan vətəndaşı
ağır yaralanıb.
Diqqətə çatdırıldı
ki, 2020-ci il müharibəsindən bəri Ermənistanın
mina çirklənməsi səbəbindən
392 nəfər ya həlak olub, ya da yaralanıb.
Təəssüf ki, bunlar
da son olmadı. Növbəti
gün daha bir faciə baş verdi. Dövlət Sərhəd
Xidmətinin (DSX) hərbi
qulluqçusu Əsgər
Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak
oldu.
Göründüyü kimi, Ermənistanın davam edən mina terroru Azərbaycan vətəndaşlarının
həyatına son qoyur,
sağlamlıqlarını itirilmələrinə səbəb
olur. Ermənistan hökumətinin minaların
dəqiq xəritəsini
verməməsi həm
də rəsmi İrəvanın regionda sabitliyin bərqərar olmasında maraqlı olmadığını göstərir.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-2025.- 10 aprel
(№69).- S.8.