Dünya COP30-a hazırlaşsa da...

 

COP29-un əks-sədası gəlməkdə davam edir

 

Sənayenin ötən əsrin sonlarından başlayan sürətli inkişafının ətraf mühitə təsirləri bu günəcən davam edir, özü daha sərt, daha ciddi. Hətta o dərəcədə ki, dünya təbiətə olan münasibətini dəyişməyəcəyi, yeraltı yerüstü ehtiyatlardan soyğunçuluqla istifadəni dayandırmayacağı halda həmin prosesin insanlara, insanlığa qarşı çevriləcəyi arzuolunmaz sonluqlara gətirib çıxaracağı qaçılmazdır.

Bunu başa düşən alimlər ekoloqlar hələ illər öncə öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlamışlar. Problemin ciddiliyi beynəlxalq təşkilatları, tərəqqipərvər dünya ictimaiyyətini məsələni daim diqqət mərkəzində saxlamağa məcbur etmişdir. Bu mənada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər il  keçirilən sessiyalarını (COP) "SOS" siqnalı da adlandırmaq olar. Xatırladaq ki, 1992-ci ildə Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası imzalanıb. COP (Conference of Parties) bu konvensiyanın icrasına nəzarət edən qurumdur.

Qeyd edək ki, bütün COP sessiyalarının məqsədi atmosferdə karbon qazının miqdarını qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. COP tədbirlərinin digər hədəfi inkişaf etmiş dövlətlər tərəfindən inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq uyğunlaşmaqda kömək etmək məqsədilə maliyyə yardımı toplamaqdır. Bu baxımdan 2024-cü ilin noyabrında Bakıda keçirilən  COP29 insanlığı düşündürən bir platforma, bütün bəşəriyyəti rahatsız planetimizi təhdid edən iqlim dəyişikliyinin müzakirə olunduğu mötəbər bir tədbir kimi tarixə düşüb. Bu tədbir Azərbaycanın istər regional, istərsə qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirmişdir. Tədbirlərin təşkilinə dair  planlarını məsuliyyətini nümayiş etdirərək ölkəmiz dünyaya, eləcə beynəlxalq ictimaiyyətə müsbət mesaj ötürmüşdür.

COP29-un başa çatmasından beş ay  keçməsinə baxmayaraq, hələ onun əks-sədası dünyanın hər tərəfində qlobal iqlim dəyişmələri ilə bağlı keçirilən tədbirlərdən gəlir. Martın 25-26-da Berlində beynəlxalq iqlim gündəliyində yer alan əsas tədbirlərdən biri -

16-cı Petersberq İqlim Dialoqu (PCD) keçirilmişdir. Braziliyada keçiriləcək COP30-a hazırlıq məqsədilə təşkil edilən tədbirdə xüsusən COP29-un Bakıda keçirilməsindən sonra iqlim maliyyəsi enerji keçidi ilə bağlı qlobal öhdəliklər diqqət mərkəzində saxlanılmışdır. Petersberq İqlim Dialoqu çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) müəyyən olunmuş prezidenti Andre Korrea Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstranın iştirakı ilə təşkil edilmiş birgə mətbuat konfransında Azərbaycanın sədrliyi evsahibliyi ilə keçirilmiş COP29 zamanı əldə olunan uğurlar bir daha vurğulanmışdır. Mətbuat konfransında komissar Vopke Hukstra COP29 zamanı 100 milyard dollarlıq maliyyə hədəfini üç dəfə artırmaqla bağlı çətin, bir o qədər tarixi qərarın verildiyini bununla iqlim maliyyəsi sahəsində yeni bir eranın başlanğıcının qoyulduğunu diqqətə çatdırmış, həmçinin cari ildə Braziliyanın Belem şəhərində keçiriləcək COP30-un Paris Sazişinin tam icrasına, habelə COP28 COP29 zamanı əldə edilən uğurların daha da möhkəmləndirilməsinə sadiqliyi təsdiqləmək şansı olduğunu bildirmişdir.

Sloveniyanın ətraf mühit, iqlim energetika naziri Bojan Kumer "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı demişdir ki, əgər gələcəyə nəzər salsaq, bizim enerji təhlükəsizliyimizin yalnız təbii qazla məhdudlaşmadığını etiraf etməliyik: "Azərbaycanın COP29-da sədrliyi aydın bir siqnala çevrildi ki, biz iqlim dəyişmələri ilə bağlı hərəkətə keçməliyik, bununla bağlı olan mövcud çağırışları aradan qaldırmalıyıq. Beləliklə, biz qətiyyətlə addımlar atmalıyıq təmiz "yaşıl enerji", həmçinin hidrogen sahəsində əməkdaşlığı gücləndirməliyik. Sloveniya Azərbaycanla əməkdaşlığın gücləndirilməsini səmimiyyətlə arzulayır, xüsusən təmiz enerji texnologiyalarında maraqlıyıq enerji sahəsində əməkdaşlığımızı genişləndiririk".

Qeyd edək ki, COP30-a iqlim üzrə yüksəksəviyyəli lider qismində təyin edilmiş braziliyalı  sahibkar Den Yoşpeni COP29 çərçivəsində BMT-nin yüksəksəviyyəli lideri olan Nigar Arpadarai ilə birgə çalışacaq. "Bakıdan Belemə doğru irəliləyişi sürətləndirdiyimiz bir vaxtda COP30-un yüksəksəviyyəli liderini salamlayacağım günü səbirsizliklə gözləyirəm. Den Yoşpe ilə davamlı səmərəli tərəfdaşlıq əlaqələri qurmağa, qlobal tərəfdaş şəbəkəmizlə birlikdə çalışaraq, bütün dünya üzrə özəl müəssisələr, şəhərlər icmalarla iqlim sahəsində iddialı fəaliyyətlərin sürətləndirilməsinə töhfə verməyə ümid edirəm", - deyə Nigar Arpadarai bildirib.

ABŞ-nin "International Technology and Trade Associates" şirkətinin enerji geosiyasi risklər üzrə eksperti Yan Somersin COP29-la bağlı bu günlərdə söylədiyi fikirlərinə nəzər yetirək: "2024-cü ildə keçirilən COP29 iqlim sammitində Azərbaycan hökuməti, elektrik enerjisinin istehsalını bərpaolunan enerji mənbələrindən ən azı 6 QVt artırmağı planlaşdırdığını açıqlayıb, buna görə günəş, külək hidroenergetika sahəsində layihələrin inkişafı da nəzərdə tutulur. Bu bəyanat, ölkənin enerji müstəqilliyini yaxşılaşdırmaq Azərbaycanı beynəlxalq aləmdə ekoloji cəhətdən təmiz enerji təminatçısı kimi möhkəmləndirmək məqsədi güdən ambisiyalarını vurğulayır".

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2025.- 10 aprel (№69).- S.9.