BP "Bazarın Hüdudları:
Dövlət və Bazar Arasındakı İqtisadi Rəqqas" adlı kitabı ictimaiyyətə
təqdim edib. Bu layihə şirkətin Azərbaycanda
təhsilin inkişafına
dəstəyinin və
beynəlxalq biliklərin
ölkəyə gətirilməsi
səylərinin bir hissəsidir.
Kitabın ingiliscədən
Azərbaycan dilinə
tərcüməsi və
nəşrində BP-nin
məqsədi bu dəyərli bilikləri makroiqtisadiyyat, marketinq və dövlət və bazar arasındakı
münasibətlər sahəsində
ixisaslaşan tədqiqatçılar,
tələbələr və
bu sahələr üzrə mütəxəssislər
üçün əlçatan
etməkdir.
Kitabın müəllifi
London İqtisadiyyat Universitetinin
professoru Paul De Qrauvdur.
Tərcümə kitabın
2017-ci ildə ingilis dilində Oxford University Press tərəfindən
çap olunmuş birinci nəşrindən edilmişdir.
Kitab dövlətin iqtisadi siyasətləri ilə
bazar mexanizmləri arasındakı
dinamik təmasları
araşdırmaqla bu sahədəki iqtisadi nəzəriyyələr və
təcrübələr haqqında
dərin bilgilər təklif edir. O, dünyanın belə bir baxışına əsaslanır ki, bu məsələdə seçim
bazar, ya dövlət arasında yox, nə qədəri bazar və nə qədəri isə dövlət olması sualındadır.
BP-nin Xəzər bölgəsi üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli kitabın Azərbaycanın elmi icması üçün
əhəmiyyətini vurğulayaraq
deyib: "Akademik cəmiyyətə bu kitabı hədiyyə etməklə BP Azərbaycanda
bu vacib mövzunun daha dərin anlamlarının
yayılmasına və
bu sahədə Azərbaycanda tədqiqatlara
əsaslanan innovativ iqtisadi strategiyaların işlənməsinə töhfə
vermək istəyir. İnanırıq ki, yüksəkkeyfiyyətli
təhsil materiallarının
əlçatan olması
bilgilərin mükəmməlləşməsi
və gələcək
liderlərin yetişdirilməsi
səylərinin əsasını
təşkil edir".
Kitabın ictimaiyyətə
təqdimatı dünən
Azərbaycan Dövlət
İqtisad Universitetinin
(UNEC) təşkil etdiyi
"Elm Festivalı"nda baş
tutub. Təqdimatın
UNEC-in "Elm Festivalı"nın bir hissəsi kimi keçirilməsi BP-nin Azərbaycanda təhsil resurslarının genişlənməsinə
və elmin inkişafına verdiyi əhəmiyyəti bir daha vurğulayır.
"BP təhsilin inkişafına
sərmayə qoyulması
və Azərbaycana yüksəkkeyfiyyətli beynəlxalq
resursların gətirilməsi
səylərini davam etdirəcək. Bugünkü
təqdimat da |BP-nin akademik mükəmməlliyi
dəstəkləmək və
beynəlxalq bilik və təcrübə mübadiləsi üçün
imkanlar yaratmaq səylərinin daha bir nümunəsidir",
- deyə B.Aslanbəyli
bildirib.
Bütün maraqlı
şəxslər və
mütəxəssislərə geniş şəkildə
əlçatan olması
üçün şirkət bu dəyərli kitabın nüsxələrini yerli universitetlərə, ictimai
kitabxanalara və əlaqədar təhsil və elm müəssisələrinə
təqdim edəcək.
Layihənin ümumi dəyəri təxminən 54,2 min AZN-dir. Bu xərclər 220 səhifəlik kitabın tərcüməsini, redaktəsini və nəşrini əhatə edir. Layihəni Rəqəmsal Transformasiya Fondu həyata keçirib.
Azərbaycan.-2025.- 10 aprel (№69).- S.9.