Maarifçi xeyriyyə cəmiyyətləri

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda məktəb şəbəkəsinin genişləndirilməsi, azərbaycanlı şagirdlərin sayının artması ölkədə iqtisadi ictimai-siyasi yüksəlişlə əlaqədar idi. Bakı şəhəri iri sənaye iqtisadi mərkəzlərdən birinə çevrilirdi.

Bu, ilk növbədə, neft sənayesi, gəmiçilik ticarətin inkişafı ilə bağlı idi. Kənd təsərrüfatı, xüsusən pambıqçılıq ipəkçilik sahəsində xeyli irəliləyişlər özünü göstərirdi. Bakıda, Gəncədə, Şəkidə, Şuşada digər yerlərdə yüngül sənaye müsəssisələri yaradılırdı. Ona görə savadlı, təhsilli kadrlara xüsusi ehtiyac duyulurdu. Sahibkarlar, əsasən, Bakının neft sənayeçiləri maarifçiliyin inkişafına maddi vəsaitlər ayırır, Bakı Gəncədə yaranmış xeyriyyə cəmiyyətlərinin xətti ilə məktəblərə yardımlar edirdilər. 

Bu baxımdan məşhur mesenat neft sənayeçisi Hacı Zeynalabdin Tağıyevin o dövrdəki fəaliyyəti müstəsna əhəmiyyət kəsb edirdi. Son dərəcə təmkinli zəhmətkeş olan Z.Tağıyev xeyriyyəçiliyi ilə başqalarını həmişə heyran qoyurdu. Bu şəxsiyyət digər sahələrdəki fəaliyyəti ilə yanaşı, Azərbaycanda maarifçilik hərəkatında da son dərəcə böyük rol oynamışdı. O hələ 1883-cü ildə Bakıda teatr binası tikdirmiş burada 1908-ci ildə Üzeyir bəy Hacıbəylinin "Leyli Məcnun" operasının ilk tamaşası qoyulmuşdur.

1894-cü ildə H.Z.Tağıyev Mərdəkanda kənd təsərrüfatı məktəbini açmışdır. 1896-cı ildə Sankt-Peterburqda Müsəlman Xeyriyyəçilik Cəmiyyəti binasının özülünün qoyulması üçün iri məbləğdə vəsait ayırmışdır. İki il sonra Tağıyev "Kaspi" mətbəəsini qəzetini alıb Azərbaycanın görkəmli ictimai xadimləri Əlimərdan bəy Topçubaşova Əhməd bəy Ağayevə vermişdir. XIX əsrin sonlarında onun vəsaiti ilə Tehranda "Səadət" məktəbi gimnaziyası açılmışdır. Neft maqnatı Gəncədə qadın məktəbinin fəaliyyəti üçün onlara maliyyə yardımı etmişdir. 1898-ci ildə Hacı Zeynalabdin Bakının mərkəzində öz hesabına məktəb dəftərxana ləvazimatlarının satılması üçün böyük passaj tikdirmişdir.

H.Z.Tağıyev Azərbaycan tarixində Bakıda ilk qadın tədris müəssisəsinin banisi kimi tanınır. 1896-cı il aprelin 24-də H.Z.Tağıyev öz hesabına azərbaycanlı qızların dünyəvi təhsil almaları üçün məktəb açılması xahişi ilə rəhbər təhsil orqanlarına müraciət edir. Yalnız 1901-ci il oktyabrın 7-də Bakıda ilk müsəlman qadın təhsili müəssisəsi açılır. Qapalı tədris ocağı olan məktəbə yalnız 7 yaşına çatmış azərbaycanlı qızlar qəbul olunurdu. İlbəil artan şagirdlərin sayı 1902-ci ildə artıq 71 nəfərə çatırdı. Onlardan 35-i xeyriyyəçi Zeynalabdin Tağıyevin vəsaiti hesabına təhsil alırdı.

H.Z.Tağıyev "Nəşiri-maarif" cəmiyyətinin sədri olmuşdur. Bu cəmiyyət Bakı quberniyasında müsəlmanlar arasında savad yaymaq üçün yaradılmış təhsil mərkəzi idi. 1906-cı ildə təşkil edilmişdi. Cəmiyyətin yaradılmasında Ə.Əhmədovun, A.Tağıyevin, A.Həsənovun, M.Hacınskinin xüsusi rolu olmuşdur. Bu cəmiyyətin işində N.Nərimanov, M.F.Axundzadə, M.Əzizbəyov, H.Zərdabi yaxından iştirak etmişlər. 1907-ci ildə cəmiyyətin xətti ilə Bakıda ilk dəfə üçsinifli məktəb açılmışdır.

Maarifçi xeyriyyə cəmiyyətləri içərisində "Nicat" cəmiyyətinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu cəmiyyət 1906-cı il martın 9-da təsis olunmuşdur. Cəmiyyətin nizamnaməsində əsasən müsəlmanlar arasında maarifi, savadı yaymaq azərbaycanlı uşaqlarına ibtidai, orta ali təhsil vermək, təhsil alanlar içərisində ana dili ədəbiyyatın inkişafına kömək etmək, şagirdlərə maddi mənəvi yardımlar göstərmək kimi məqsədlər xüsusi yer tuturdu. "Nicat" cəmiyyətinin təşəbbüsü ilə 1906-1910-cu illərdə Gəncədə "Mədrəseyi-ruhani", Şamaxıda "Üxüvvət", Ağdamda "Darülfənn", Şəkidə "Həqiqəti-subyan", Lənkəranda "Behcət" məktəbləri açılmışdır. "Nicat"ın kitabxanasında müxtəlif mövzularda çoxlu mühazirələr oxunurdu. Həmin mühazirələri azərbaycanlılarla yanaşı, rus gürcü uşaqları da dinləyirdilər. "Nicat" cəmiyyəti axşam kurslarına böyük əhəmiyyət verir, azərbaycanlılar arasında savadın yayılması üçün çox görürdü. 1907-ci ildə həmin axşam kurslarında 280-ə yaxın adam oxuyurdu. Bundan başqa, cəmiyyətin  nəzdində pedaqoji ədəbiyyat şöbəsi fəaliyyət göstərirdi. Cəmiyyətin orqanı olan "Nicat" qəzeti isə 1910-cu ilin noyabrında İ.Aşurbəyovun redaktorluğu ilə çap olunmağa başlamış 86 nömrəsi nəşr edilmişdir.

XX əsrin əvvəllərində yaradılmış xeyriyyə cəmiyyətlərindən biri "Səfa"dır. Bu cəmiyyət 1910-cu il dekabrın 12-də təsis edilmişdir. Cəmiyyətin əsas qayəsi sırf maarifçilik ideyalarının yayılması ilə bağlı idi. 1914-cü ilə qədər Bakıda bir məktəb aça bilən "Səfa" sonradan fəaliyyətini genişləndirərək Biləcəri, Binə, Qobu kəndlərində anadilli, Quba qəzasında isə rus-müsəlman məktəbləri açmışdır. "Səfa"nın teatr truppası da fəaliyyət göstərmiş bu şöbəyə məşhur aktyor Cahangir Zeynalov  rəhbərlik etmişdir.

Ruhani cəmiyyəti olan "Səadət" 7 iyun 1907-ci ildə yaradılmışdır. Cəmiyyətin təşkilində H.Z.Tağıyev, H.Rəsulov, V.Əfəndiyev, A.Dadaşov başqaları fəallıq göstərmişlər. "Səadət" məktəb açmaqdan başqa, müxtəlif xeyriyyə işlərində iştirak etmişdir. Cəmiyyətin nəzdindəki məktəbdə əsasən dini tərbiyə verilir 7 yaşından 10 yaşınadək uşaqlara ilahiyyat elmləri öyrədilir, Azərbaycan rus dilləri tədris edilirdi. Məktəbdə görkəmli pedaqoq Əli bəy Hüseynzadə dərs deyirdi. O, məktəbin rəhbəri kimi Ü.Hacıbəyli, F.Ağazadəni, Parisdə təhsil almış Ceyhun bəy Hacıbəylini tədrisə cəlb etmişdir.

Ümumiyyətlə, Azərbaycanda maarifçilik hərəkatının işində xeyriyyə cəmiyyətlərinin böyük rolu olmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının azərbaycanlı əhalisinin yalnız 19,3 faizi savadlı hesab edilirdi. O dövrün imkanlı ziyalılarının, dövlət dumalarında olan nümayəndələrinin anadilli məktəblərin açılması tələblərinə çar Rusiyası biganə münasibət göstərirdi. Bu da çarizmin müstəmləkə siyasətinin maarifçilik sahəsində qabarıq şəkildə özünü biruzə verməsinə daha bir sübut idi. Ona görə Bakının imkanlı ziyalıları, neft sahibkarları xeyriyyə cəmiyyətlərinin xətti ilə bu işi həyata keçirirdilər.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2025.- 10 aprel (№69).- S.11.