Bolonyada
“Vətən müharibəsi
tarixi – Şəxsiyyət
faktoru” kitabının
təqdimatı keçirilib
Dünyanın ən
böyük kitab sərgilərindən olan
Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində ölkəmiz
xüsusi stendlə təmsil olunub. Sərgi günlərində
Bakı Şəhər
İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi
tarixi – Şəxsiyyət
faktoru” kitabının
təqdimatı da baş tutub.
İcra hakimiyyətindən
AZƏRTAC-a bildirilib ki,
Azərbaycan nümayəndə
heyətinin üzvləri
stendi ziyarət edən qonaqlara kitabı təqdim edərək, onlara kitab haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti öz əksini tapıb. Kitab 10 xarici dilə tərcümə edilib və bir sıra xarici dövlətlərdə təqdimatı keçirilib.
Azərbaycan.-2025.-
10 aprel (¹69).- S.11.