Keçmiş
məcburi köçkün:
Çox sevinirik, çünki illər sonra yurd həsrətinə
son qoyulur
Bu gün çox sevinirik, çünki illər sonra yurd həsrətinə
son qoyulur.
AZƏRTAC-ın bölgə
müxbiri xəbər
verir ki, bu sözləri bu gün Ağdərə
rayonunun Suqovuşan kəndinə köç
edən keçmiş
məcburi köçkün
Validə Əmiraslanova
deyib. “Bizə doğma yurda qayıdış sevincini yaşadan Prezidentimizə,
Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə
rəhmət, qazilərə
cansağlığı diləyirəm”,
- deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Suqovuşan kəndinə 54 ailə - 179 nəfər köçürülür.
Azərbaycan.-2025.- 10 aprel (№69).- S.11.