Qürurdoğuran
inkişaf, yüksək
rifah və güclü dövlət
Azərbaycan xalqı ona yüksəliş və zəfər bəxş edən siyasi kursun ətrafında hər zaman səfərbərdir
ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq
forumda Prezident İlham Əliyevə ünvanlanan suallardan biri seçkilərlə bağlı oldu. Belarusdan gələn Anatoli Boyaşov ölkəmizdə prezident
seçkilərinin ən
yüksək sabitlik və siyasi dayanıqlılıq şəraitində
keçirildiyini qeyd edərək Azərbaycanda
seçki suverenliyinin
düsturu ilə maraqlandı.
Erməni təəssübkeşi
olan siyasi dairələr hər zaman iflasa uğrayıblar
Azərbaycandakı hər
bir seçki zamanı antiazərbaycançı
dairələr müxtəlif
məkrli planlar, ssenarilər həyata keçirməyə cəhd
ediblər. Forumda bu barədə ətraflı məlumat verən Prezident İlham Əliyev bildirdi ki, bu
məqsədlə Qərbin
qeyri-hökumət təşkilatları
Azərbaycana pullar göndərib, Qərb mediasında anti-Azərbaycan
təbliğatı aparılıb.
Dövlətimizin başçısının
qeyd etdiyi kimi Prezident Trampın saxta xəbərlər mənbəyi
adlandırdığı "Vaşinqton Post", "New York Times" kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü
"Figaro" və "Le Monde" kimi saxta mediaları
elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur.
Artıq fəaliyyətini
dayandırmış USAID, o cümlədən "Azadlıq
Radiosu", "Amerikanın
səsi" kimi radiolar
öz fəaliyyətləri
ilə Azərbaycanın
daxili işlərinə
qarışmış, ölkəmizdə
siyasi vəziyyətin
gərginləşməsinə çalışmışlar.
Lakin Qərbin bütün məkrli cəhdlərinin qarşısı
Azərbaycan dövləti
tərəfindən vaxtında
alınıb. O cümlədən
qeyri-hökumət təşkilatlarının
xaricdən maliyyələşməsində,
onlara qrantların verilməsində Azərbaycan
qanunlarına əsasən
şəffaflıq tam
təmin olunub. Qrant adlanan vəsaitlər
indi qeydiyyatdan keçirilməlidir. Bu, seçkilərə müdaxilə
olunması, respublikamızda
daxili sabitliyin pozulması məqsədilə
xaricdən antimilli qeyri-hökümət təşkilatlarına
və qurumlara pul köçürülməsinin
qarşısını tam
alıb.
Əsas məqamlardan
biri də odur ki, antiazərbaycançı
ünsürlər Azərbaycan
cəmiyyətində özlərinə
heç vaxt dəstək və ya tərəfdar qazana bilməyiblər. Azərbaycanda keçirilən
bütün seçkilər
zamanı Qərbin erməni təəssübkeşi
olan antiazərbaycançı
siyasi dairələrinin
fəaliyyəti iflasa
uğrayıb. Xalqımız
Heydər Əliyev ideyalarının, İlham
Əliyev siyasi kursunun ətrafında sıx səfərbər olub. Bu gün
növbəti ildönümü
tamam olan 2018-ci ilin növbədənkənar
prezident seçkilərinin
nəticələri də
bunu təsdiq edir.
Azad, demokratik və şəffaf seçki
2018-ci il aprelin
11-də keçirilən növbədənkənar
prezident seçkiləri
Azərbaycanın siyasi
tarixinə növbəti
demokratik, şəffaf,
ədalətli və azad seçkilər kimi düşdü. Bu seçki bir daha xalqımızın
öz taleyinə biganə qalmamasının,
gələcək naminə
dürüst seçim
etməsinin, ən layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixiləşdi. Azərbaycan vətəndaşları
respublikamızı inkişaf
yoluna çıxarmış
siyasətin müəllifinə
- İlham Əliyevə
səs verməklə
ağı qaradan seçməyi bacardığını,
ölkənin taleyinə
biganə olmadığını
göstərdi. Bu tarixi seçim həm də belə bir həqiqətin
cəmiyyətdə obyektiv
dərkidir ki, Azərbaycanın gələcək
tərəqqisi, davamlı
inkişafı məhz
mövcud siyasi kursun davamlılığının
təminatından asılıdır.
Əlbəttə ki,
bu seçkilərdə
Azərbaycan xalqı həm də ötən dövrdə Prezident
İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm uğurlara
istinad etdi. 2003-cü ildən 2018-ci ilədək Azərbaycan iqtisadiyyatının 3,2 dəfə
artması, sənaye potensialının 2,6 dəfə
çoxalması, ölkədə
qazlaşdırmanın səviyyəsinin
93 faizə çatması,
30 elektrik stansiyası,
4 yeni su anbarı, 7 hava limanı, 3100-dən çox
məktəb, 642 tibb müəssisəsi, 43 Olimpiya
İdman Kompleksinin inşası, Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin,
Bakı-Tbilisi-Qars dəmir
yolunun tikintisi, Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilməsi, Azərbaycanın
kosmik dövlətə
çevrilməsi, valyuta
ehtiyatlarımızın 45 milyard dollara çatması, iqtisadiyyata
250 milyard dollar sərmayənin yatırılması,
2016-cı ilin Aprel döyüşlərində əldə
edilən parlaq hərbi zəfər
2018-ci ilin prezident seçkilərinin siyasi ovqatını müəyyən
edən amillər kimi özünü göstərdi.
2018-ci il aprelin
11-də seçici hüququna
malik Azərbaycan vətəndaşları ölkə
üzrə 125 seçki
dairəsinin 5641 seçki
məntəqəsində səs
verdilər. Ümimilikdə
seçicilərin 74,3 faizi
səsvermədə iştirak
etdi. Bu çox yüksək göstərici olmaqla Azərbaycan vətəndaşlarının
seçkilərə yüksək
marağının və
onların növbəti
dövrdə də öz talelərinə olan çox dolğun münasibətinin
göstəricisi idi.
Səsvermədə iştirak edən seçicilərin 86,02 faizi
öz səsini cənab İlham Əliyevə verdi. Lakin bu seçim
təkcə ən yeni tariximizin möhtəşəm nailiyyətləri
ilə şərtlənmədi.
Bu seçim həm də İlham Əliyevin siyasi kursunun Azərbaycanın yeganə
nicat yeri olduğunu, milli inkişafda mühüm rol oynadığını
növbəti dəfə
nümayiş etdirdi. Hər bir vətəndaşın
mənafeyi uca tutulmaqla həyata keçirilən bu siyasi kursun böyük
ictimai etimada, dəstəyə malik olduğu növbəti dəfə sübuta yetdi.
Ən möhtəşəm
nailiyyətlərlə əlamətdar
dövr
Eyni zamanda seçkinin nəticələri
növbəti illərdə
Prezident İlham Əliyevin Azərbaycanın
tərəqqi və inkişafına, uğurlu
gələcəyinə daha
çox töhfələr
verəcəyinə olan
dərin və səmimi inamın təcəssümü oldu.
2018-ci il aprelin 18-də
Milli Məclisdə keçirilən andiçmə
mərasimində İlham
Əliyev ölkənin
gələcək inkişaf
prioritetlərini diqqətə
çatdıraraq, islahatların
davam etdiriləcəyini
bildirdi: "Ancaq biz əldə edilmiş nailiyyətlərlə
kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti
illərdə görüləcək
işlər haqqında
bizim çox aydın təsəvvürümüz,
planlarımız, proqramlarımız
var. Biz qeyd etdiyim sahələr
üzrə səylərimizi
davam etdirəcəyik,
Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik.
Hər bir sahə üzrə bizim konkret proqramlarımız,
planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm
bölgələrimizin möhkəmləndirilməsi,
siyasi-iqtisadi islahatların
dərinləşməsi, sosial
siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə
resurslarını öz
əlimizlə yaratmışıq
və biz indi öz hesabımıza
yaşayırıq. Xalq-iqtidar
birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız
gələcəyə çox
böyük nikbinliklə
baxırıq. Hamımızın
amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli
dövlətə çevrilsin,
Azərbaycan vətəndaşları
daha da yaxşı
yaşasınlar".
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə Azərbaycanın 2018-ci ildən sonrakı tarixi daha möhtəşəm
nailiyyətlərlə əlamətdar
oldu. Bu dövrdə Azərbaycan öz inkişaf yolu ilə inamla irəlilədi, beynəlxalq
münasibətlər sistemində
yerini daha da möhkəmləndirdi. "Cənub qaz dəhlizi" kimi nəhəng layihənin icrası başa çatdırıldı,
həyata keçirilən
sosial və struktur islahatları qarşıya qoyulan inkişaf məqsədlərinin
reallaşmasında mühüm
rol oynadı.
2018-ci ildən sonrakı
dövrün ən böyük və tarixi hadisələri sözsüz ki, 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın
işğaldan azad edilməsi, 2023-cü ildə
isə ərazilərimizdə
erməni separatizminə
son qoyulmasıdır.
Bununla da Prezident İlham Əliyev Azərbaycanın
ərazi bütövlüyünü
bərpa etdi. Dövlət və xalq qarşısındakı
ən böyük tarixi missiyasını layiqincə icra edən Prezident İlham Əliyev həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə
yetirdi, arzusunu həyata keçirdi.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü
yaşayır. Dövlətimizin
hər bir uğuru, o cümlədən
əsas milli ideyamız olan Qarabağ və Şərqi Zəngəzurda
həyata keçirilən
bərpa və quruculuq işləri Azərbaycanın yüksəlişini,
Prezident İlham Əliyevin yürütdüyü
müstəqil və qətiyyətli siyasət
kursunu bütün dünyaya bəyan edir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2025.-
11 aprel (¹70).- S.3.