Strateji tərəfdaşlıq, səmimi dostluq, qarşılıqlı maraq

 

Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin tarixi qədim, gələcəyi perspektivlidir

Azərbaycanla Pakistan arasında əlaqələrin tarixi kökləri qədimdir. Amma bu əlaqələr Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə güclənmişdir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə isə Azərbaycan-Pakistan əlaqələri strateji səviyyəyə yüksəlmişdir.

Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən bir olaraq, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanın mövqeyini, Qarabağ uğrunda haqlı savaşını müdafiə etmişdir. Məhz bu ölkənin BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Azərbaycana dair 822 nömrəli qətnamə qəbul olunmuşdur. Azərbaycan ərazilərini işğal etdiyinə görə Pakistanın Ermənistanla diplomatik əlaqələri yoxdur. Biz həm işğal dövründə, həm 44 günlük Vətən müharibəsi günlərində, həm Zəfərdən sonra Qarabağın Şərqi Zəngəzurun bərpası prosesində bu dost ölkənin dəstəyini görmüşük. Ona görə Pakistan Azərbaycan üçün həm qardaş ölkədir. Cəmiyyətimizdə bu dövlətə yüksək münasibət hörmət var.

Üzv olduqları beynəlxalq təşkilatlarda bir-birini müdafiə edən Pakistan Azərbaycan BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Asiya Parlament Assambleyası digər beynəlxalq təşkilatlar çərçivəsində bu münasibətləri davam etdirirlər. 2024-cü ilin sonunda Azərbaycan Pakistanın da dəstəyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv oldu. Bu, Azərbaycanın həm Pakistan, həm digər üzv dövlətlərlə yeni əməkdaşlıq imkanları deməkdir. BMT-nin Bakıda keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunmuşdur.

COP29-dan üç ay sonra - fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes-forumu keçirildi. Forumda çıxış edən Məhəmməd Şahbaz Şərif Azərbaycan-Pakistan ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğuladı. Tədbir iki ölkə arasında mövcud iqtisadi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi qarşılıqlı sərmayə qoyuluşunun təşviqi məqsədilə təşkil olunmuşdu.

Ümumiyyətlə, Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticarət əlaqələri ilbəil genişlənir. İqtisadi forumlar, konfranslar hökumətlərarası komissiya iclaslarında ticarətin müxtəlif sahələrinin inkişaf perspektivləri müzakirə olunur, kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları, hərbi sənaye digər sahələrdə əməkdaşlığın yeni yolları axtarılır. Bunun nümunəsi kimi İslamabadda fəaliyyət göstərən Azərbaycan-Pakistan Ticarət Sənaye Palatasını göstərmək olar.

Azərbaycanın neft-qaz, Pakistanın isə əczaçılıq, tekstil, aqrar emal sənayesində əldə etdiyi uğurlar hər iki ölkənin iqtisadiyyatının inkişafına töhfələr verir. Ölkəmizin Avropa Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi isə Pakistan üçün yeni ixrac imkanları yaradır.

Ölkələrimiz arasında sərmayələrin təşviqi üçün hökumətlərarası işçi qrupları fəaliyyət göstərir. Bu çərçivədə diqqətçəkən məqamlardan biri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə "Pakistan State Oil Company Limited" "Pakistan Refinery Limited" (PRL) arasında Anlaşma Memorandumunun imzalanmasıdır. Memorandumu SOCAR-ın prezidenti Rövşən Nəcəf "Frontier Works Organisation" şirkətinin baş direktoru Abdul Sami imzalayıblar. Hazırda Pakistanda - Bellucistanda, həmçinin Sinda Pəncabda 7 təbii qaz neft yatağı istismar olunur. Bunlarla yanaşı, ölkədə bir sıra faydalı mineralların (kömür, mərmər, xörək duzu, əhəng, uran, xrom filizi, fosforlar, kükürd, barıt, qiymətli metallar s.) hasilatı aparılır.

Pakistan şirkətləri bu gün Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya qoyuluşuna dəvət olunublar. Qarşılıqlı olaraq dost ölkənin şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma bərpa işlərində iştirak üçün müraciət ediblər. Hazırda Azərbaycanda çoxsaylı Pakistan şirkəti qeydiyyata alınıb onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat xidmət sahələrində fəaliyyət göstərirlər.

Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib. Qeyd edək ki, Azərbaycan Pakistandan əsasən kartof, düyü, sabun s. idxal edir. İxracın strukturunda isə reaktiv mühərriklər üçün kerosin yanacağı daha çox yer tutur.

Bu günlər Pakistan İslam Respublikasında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Nazirlər müxtəlif mövzular ətrafında geniş müzakirə aparıblar. Görüş zamanı Məhəmməd İshaq Dar Pakistanın Azərbaycan ilə ikitərəfli münasibətləri daha da gücləndirmək öhdəliyinə sadiqliyini bir daha vurğulayıb. Bundan başqa, Azərbaycan Pakistan arasında əsas investisiya layihələri, eləcə iki ölkə arasında nəzərdən keçirilən memorandumlar müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığında digər sahə isə nəqliyyat bağlantılarıdır. Hər iki ölkə həm Orta dəhliz, həm "Şimal-Cənub", həm "Şərq-Qərb" dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir. 2023-cü ilin sentyabrında AZAL Bakıdan Lahora, noyabrda isə İslamabada əks istiqamətə birbaşa uçuşlara başlayıb. Ötən il iki ölkə arasında avtomobil yolları ilə tranzit karqo daşımalarının həcmi 33 min ton olub ki, bu da əvvəlki dövr ilə müqayisədə 53 faiz çoxdur.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2025.- 11 aprel (№70).- S.6.