Ermənistan vətəndaşından məhkəmədə
etiraf: “Hərbi xidmətə
Cermuxdan Füzuliyə
getdim”
Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü nəticəsində
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən
təcavüzkar müharibənin
hazırlanması və
aparılması, soyqırımı,
müharibə qanunlarını
və qaydalarını
pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə,
onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan,
Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin
baxış iclası
aprelin 10-da davam etdirilib.
AZƏRTAC xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel
Səmədova) keçirilən
məhkəmə iclasında
təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, həmçinin
müdafiələri üçün
vəkillərlə təmin
olunub.
İclasda təqsirləndirilən
şəxslər, onların
müdafiəçiləri, zərərçəkmiş şəxslərin
bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin
dövlət ittihamını
müdafiə edən
prokurorlar iştirak ediblər.
Təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçısı Təranə
Məmmədovanın suallarını
cavablandırarkən vaxtilə
Ermənistan tərəfindən
işğal edilmiş
Azərbaycanın suveren
ərazilərində qanunsuz
olaraq hərbi xidmət keçdiyini etiraf edib.
Ermənistan Respublikası
Silahlı Qüvvələrində
xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib.
Müddətli həqiqi
hərbi xidməti
1989-1991-ci illərdə Uzaq
Şərqdə keçdiyini
deyən M.Paşayan
1993-cü ildə “Əsgəran
alayı”na qoşulduğunu
bildirib və əlavə edib:
“1993-cü ilin təxminən
may ayından
1994-cü ilə - atəşkəsə
qədər döyüş
postunda oldum. Tabor komandirimiz Vilen Safaryan idi”.
M.Paşayan Birinci
Qarabağ müharibəsi
zamanı 31-ci taborda xidmət etdiyini, hərbi hissənin komandirinin Vitali Balasanyan olduğunu da deyib.
O, Əsgəran, Ağdərə
və Ağdam rayonlarının müxtəlif
kəndlərində döyüş
postlarında olduğunu
söyləyib. Təqsirləndirilən
şəxs döyüş
postlarında avtomat, pulemyot və minaatan silahların olduğunu açıqlayıb.
İkinci Qarabağ
müharibəsində də
ona “Kalaşnikov” avtomatının təhkim
olunduğunu deyən M.Paşayan silahın kimə qarşı istifadə etmək üçün verilməsi
barədə suala “Azərbaycan Ordusuna qarşı...” cavabını
verib.
M.Paşayan 2023-cü il may ayından
sentyabr ayına qədər Xocalı rayonunun Aşağı Yemişcan kəndində yaradılmış silahlı
birləşmədə olub.
Təqsirləndirilən şəxs qondarma rejimin “igidliyə görə” medalı ilə təltif olunduğunu bildirib.
Digər ərazilərlə
yanaşı, Ağdam
rayonunun Sarıcalı,
Güllücə və
digər kəndlərində
də döyüş
postlarında durduğunu
təsdiqləyən təqsirləndirilən
şəxs dövlət
ittihamçısının sualına cavabında “Ağdam Azərbaycan Respublikasının rayonudur”
deyib. Lakin Azərbaycan ərazilərində
nəyi kimdən qoruması barədə suala cavab verə
bilməyib.
M.Paşayana döyüş
postlarının ətrafına
mühəndis-istehkamçılar tərəfindən minalar
basdırıldığını da deyib.
O, həm Birinci,
həm İkinci Qarabağ müharibələri
zamanı, həm də sonrakı müddətdə hərbi
xidmətinə görə
maaş aldığını
bildirib.
Daha sonra təqsirləndirilən şəxs
Davit Allahverdiyan dövlət ittihamçısı
Fuad Musayevin suallarını cavablandırıb.
O, “Xankəndi universiteti”ndə təhsil
aldığını, 2006-2008-ci illərdə Əsgərandakı
hərbi hissədə
hərbi xidmətdə
olduğunu, Ağdamda
döyüş növbətçiliyi
həyata keçirdiyini
bildirib və deyib: “Hərbi hissənin komandiri Artur Harutyunyan idi. Hərbi xidmətdə olarkən mənə snayper silahı təhkim edilmişdi”.
Onun sözlərinə
görə, hərbi xidmətdən qayıdarkən
ali təhsilini davam etdirib. Lakin həmin vaxt təhsil aldığı ali məktəb Ermənistan Aqrar Universitetinin “filialı”na çevrilibmiş.
Bundan sonra Baş prokurorun böyük köməkçisi
Vüsal Əliyevin suallarını cavablandıran
D.Allahverdiyan 2020-ci il sentyabrın 1-də Azərbaycanın
vaxtilə Ermənistan
tərəfindən işğal
edilmiş suveren ərazilərində yaradılmış
qondarma rejimin “Təhlükəsizlik şurası”nın “kənd
təsərrüfatı sektorunun
müdiri”, sonra isə rejimin “kənd təsərrüfatı
nazirinin müşaviri”
“vəzifələr”ində çalışdığını deyib.
44 günlük müharibə
zamanı hərbi xidmətə çağırıldığını
söyləyən təqsirləndirilən
şəxs ona avtomat silah təhkim
edildiyini bildirib. O, daha sonra 2023-cü ilin yanvar ayında
qanunsuz silahlı birləşmənin tərkibinə
qoşulub. Silahlı birləşmənin tərkibində
olduğuna görə
isə hərbi xidmət günlərinin sayına görə maaş alıb.
Kənd təsərrüfatı
sahəsi üzrə
“vəzifəli şəxs”
olmuş D.Allahverdiyan Azərbaycanın vaxtilə
Ermənistan tərəfindən
işğal edilmiş
suveren ərazilərində
taxıl əkildiyini və məhsulun Ermənistana göndərildiyini
etiraf edib.
Daha sonra təqsirləndirilən şəxs
Levon Balayan dövlət ittihamçılarının
suallarını cavablandırıb.
L.Balayan 1978-ci ildə
Bakı şəhərində
anadan olduğunu, 44 günlük müharibədə
Azərbaycana qarşı
döyüşdüyünü bildirib.
Bu zaman təqsirləndirilən şəxs
David Babayan suallara cavab verməsində Levon Balayana kömək etdiyinə görə hakim D.Babayana xəbərdarlıq
edib.
L.Balayan müharibədən
sonra aylıq maaş müqabilində qanunsuz hərbi birləşməyə qoşulduğunu,
Ermənistan dramı ilə 400-500 ABŞ dolları
ekvivalentində əməkhaqqı
aldığını deyib.
Təqsirləndirilən şəxs Qurgen Stepanyan dövlət ittihamçısı Vüsal
Abdullayevin suallarını
cavablandırarkən Ermənistan
Respublikasının vətəndaşı
kimi 2006-cı ildə
hərbi xidmətə
çağırıldığını,
hərbi xidmətini 2
il müddətində
Azərbaycan Respublikasının
həmin vaxt işğalda olan Füzuli rayonunda çəkdiyini bildirib.
“Ermənistanın Cermux
şəhərində yaşayırdım.
Məni hərbi xidmətə Ermənistan
dövləti çağırmışdı”,
- deyə o əlavə
edib.
Q.Stepanyan xidmət
etdiyi hərbi hissədə zabitlər arasında Ermənistan vətəndaşlarının sayca üstünlük təşkil etdiyini də deyib.
Sonrakı dövrdə
“Xocavənd alayı”na
qoşulduğunu deyən
təqsirləndirilən şəxs
xidməti müqabilində
bank kartı vasitəsilə maaş aldığını etiraf
edib.
Təqsirləndirilən şəxs Vasili Beqlaryan Baş Prokurorluğun Dövlət
ittihamının müdafiəsi
üzrə idarəsinin
şöbə rəisi
Nəsir Bayramovun suallarını cavablandıran
zaman 2012-2013-cü illərdə
Ağdərədə müddətli
hərbi xidmətdə
olduğunu, 2018-ci ilədək
Xocavənd rayonunun Edilli kəndində, sonra isə 2022-ci ilədək Ermənistanın
İrəvan şəhərində
yaşadığını deyib.
Həmin ilin sentyabrında Xankəndiyə
gələrək müddətli
hərbi qulluqçu kimi xidmətə başladığını deyən
təqsirləndirilən şəxs
ayda 400 min Ermənistan dramı maaş aldığını
söyləyib.
Təqsirləndirilən şəxs Erik Qazaryan Baş prokurorun xüsusi tapşırıqlar üzrə
köməkçisi Tuqay
Rəhimlinin suallarına
cavab olaraq 2021-ci ildə müddətdən
artıq hərbi xidmət üçün
Ermənistanın Qafan
şəhərindən Azərbaycanın
Xankəndi şəhərinə
getdiyini deyib.
“Ermənistandan istənilən
vətəndaş hərbi
xidmət üçün
müraciət edə
bilərdi”, - deyən
təqsirləndirilən şəxs
bunun üçün
yeganə şərtin
qeydiyyat yerinin dəyişdirilməsi olduğunu
bildirib və əlavə edib: “Bir aya yaxın
müddətdə Qafan
qeydiyyatından çıxıb
Ağdərə qeydiyyatına
düşdüm”.
O, müddətdən artıq hərbi xidmətə görə ayda 400 min drama
yaxın (təxminən
800 ABŞ dolları) maaş
aldığını deyib.
Təqsirləndirilən şəxs Azərbaycan hərbçiləri tərəfindən
saxlanılarkən üzərində
avtomat silahı olduğunu da bildirib.
Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin olunub. Növbəti proses təqsirləndirilən
şəxslərə sualların
verilməsi ilə davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin,
hərbi qüvvələrinin
və qanunsuz silahlı birləşmələrin
bilavasitə rəhbərliyi
və iştirakı,
şifahi-yazılı qaydada
verdiyi tapşırıq,
göstəriş və
təlimatları, maddi,
texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi
qaydada idarəçiliyi
əsasında, eləcə
də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz
etmək məqsədilə
yaradılmış, həmçinin
Köçəryan Robert Sedraki,
Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan
Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə
və dolayı iştirakları ilə Ermənistan dövləti,
o cümlədən sözügedən
cinayətkar birlik tərəfindən aparılan
təcavüzkar müharibənin
gedişində törədilmiş
çoxsaylı cinayət
faktlarına dair cinayət işi üzrə erməniəsilli
15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Azərbaycan.-2025.- 11 aprel (¹70).- S.9.