Yeni
Azərbaycan Partiyasının
nümayəndələri Türkiyəyə
səfər ediblər
Yeni Azərbaycan
Partiyasının (YAP) Sədr
müavini - Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov və partiyanın Mərkəzi Aparatının
İnformasiya texnologiyaları
və ictimaiyyətlə
əlaqələr şöbəsinin
müdiri Nurlan Qələndərov Türkiyənin
xarici işlər naziri Hakan Fidanın
dəvəti ilə qardaş ölkəyə
səfər ediblər.
Bu barədə AZƏRTAC-a YAP-dan məlumat
verilib.
Bildirilib ki, YAP nümayəndələri
Türkiyə Prezidentinin
himayədarlığı ilə
bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən
təşkil olunan IV
Antalya Diplomatiya Forumunda
iştirak edəcəklər.
Səfər çərçivəsində
bir sıra görüşlərin keçirilməsi
də nəzərdə
tutulub.
Azərbaycan.-2025.- 11 aprel
(№70).- S.2.