Baş
nazir Əli Əsədov Moldova Baş
nazirinin müavini ilə görüşüb
Aprelin 10-da Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov ölkəmizdə
səfərdə olan
Moldova Respublikası Baş
nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb.
Nazirlər Kabinetindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə Azərbaycan-Moldova
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafından məmnunluq
ifadə olunub.
Bakıda keçiriləcək
Azərbaycan Respublikası
və Moldova Respublikası
arasında İqtisadi
Əməkdaşlıq üzrə
Birgə Hökumətlərarası
Komissiyanın 6-cı iclasının
iki ölkənin qarşılıqlı faydalı
əlaqələrinin genişləndirilməsi
baxımından əhəmiyyəti
vurğulanıb.
Ticarət, investisiyalar,
neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı,
humanitar və bir çox digər sahələrdə
ikitərəfli əməkdaşlığın
inkişaf perspektivləri
müzakirə edilib.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov da iştirak edib.
Azərbaycan.-2025.- 11 aprel (№70).- S.2.