Azərbaycan
ilə Qətər arasında mədəniyyətin
müxtəlif sahələri
üzrə əməkdaşlığın
perspektivləri müzakirə
olunub
Aprelin 10-dan 13-dək Bakıda Qətər Mədəniyyəti Günləri
keçiriləcək. Bu
münasibətlə dost
ölkənin mədəniyyət
nazirinin rəhbərliyi
ilə geniş nümayəndə heyəti
Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində
aprelin 10-da Azərbaycan
Respublikasının mədəniyyət
naziri Adil Kərimli ilə Qətər Dövlətinin
mədəniyyət naziri
Şeyx Əbdülrəhman
bin Həməd əl-Tani arasında ikitərəfli görüş
keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a məlumat
verilib ki, qətərli həmkarını
səmimi salamlayan nazir Adil Kərimli
əlamətdar mədəniyyət
hadisəsi münasibətilə
təbriklərini çatdırıb.
Bildirib ki, Azərbaycan Respublikası
ilə Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin
qarşılıqlı etimada
əsaslanan dostluq münasibətləri əsasında
hərtərəfli inkişaf
edir.
Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli
platformalar çərçivəsində
uğurlu əməkdaşlıq
qurulub.
Nazir vurğulayıb
ki, xalqlarımızı
yaxınlaşdıran həm
də mədəni zənginliklərimizdir. 2024-cü ilin fevral ayında
Qətərin paytaxtı
Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri
mədəniyyətimizin təntənəli
təqdimatı ilə
yadda qalıb. “Qətər Dövləti
də Azərbaycanda təşkil olunan müxtəlif səpkili beynəlxalq tədbirlərdə
yaxından iştirak edir. İnanıram ki, Bakıda keçirilən Qətər
Mədəniyyəti Günləri
iki ölkə arasında mədəni əlaqələrin inkişafına
mühüm töhfə
olacaq”, – deyə Adil Kərimli əlavə edib.
Qətərin mədəniyyət
naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani səmimi qəbula görə Adil Kərimliyə təşəkkürünü
bildirib. O, Qətər
nümayəndə heyətinə
göstərilən yüksək
qonaqpərvərliyə görə
Azərbaycan tərəfinə
minnətdarlıq edib.
Qətərli nazir 16 ildən sonra ölkəsinin mədəniyyətinin
Azərbaycanda yenidən
təqdim olunmasından
məmnunluğunu bildirib,
bu kimi tədbirlərin
mədəni inteqrasiya
üçün zəruri
olduğunu vurğulayıb.
Söhbət zamanı iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan.-2025.- 11 aprel (№70).- S.2.