Bakıda
Qətər Mədəniyyəti
Günlərinin rəsmi
açılış mərasimi
keçirilib
Aprelin 10-da Heydər
Əliyev Mərkəzində
Qətər Mədəniyyəti
Günlərinin rəsmi
açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
qonaqlar Dənizkənarı
Milli Parkda təşkil olunan müxtəlif təyinatlı
pavilyonlarda Qətərin
zəngin mədəni
irsi ilə tanış olublar.
Burada ziyarətçilərə
Qətərin milli geyimləri, mətbəxi,
musiqisi, toxuculuq və kalliqrafiya sənətinin incə nümunələri təqdim
edilib. Tədbir çərçivəsində Qətərdən gələn
musiqiçilərin iştirakı
ilə möhtəşəm
konsert proqramları da təşkil olunub.
Heydər Əliyev
Mərkəzində keçirilən
Qətər Mədəniyyəti
Günlərinin rəsmi
açılış mərasimində
isə Qətərin incəsənət ustaları
və bədii kollektivlərinin iştirakı
ilə geniş konsert proqramı təqdim olunub.
Tədbirdə mədəniyyət
naziri Adil Kərimli, Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman
bin Həməd əl-Tani, diplomatlar, mədəniyyət xadimləri
və digər qonaqlar iştirak ediblər.
Aprelin 10-dan 13-dək Bakıda keçiriləcək
Qətər Mədəniyyəti
Günləri çərçivəsində
müxtəlif sərgilər,
konsert proqramları və müzakirə platformaları təşkil
olunacaq. Bu tədbirlər vasitəsilə
iki ölkə arasında mədəni əlaqələr daha da güclənəcək,
incəsənət və
ədəbiyyat sahəsində
yeni əməkdaşlıq
imkanları yaranacaq.
Xatırladaq ki,
bundan əvvəl ölkəmizdə Qətər
Mədəniyyəti Günləri
2009-cu ilin iyun ayında keçirilib.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri
dost ölkədə mədəniyyətimizin təntənəli
təqdimatı ilə
yadda qalıb.
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir.
Azərbaycan.-2025.-
11 aprel (№70).- S.3.