Cənubi Qafqaz sevimli ya qeyri-sevimli dövlətlərə bölünməməlidir

 

Azərbaycan müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi  məkana çevrilib. Aprelin 8-9-da ölkəmiz növbəti dəfə ADA Universitetinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən qlobal foruma evsahibliyi edib.

Azərbaycanın dünyada artan  beynəlxalq nüfuzu, cərəyan edən qlobal problemlər fonunda ölkəmizdə hökm sürən sabitlik dünyanın aparıcı beynəlxalq təşkilatlarının ölkələrinin diqqətindədir. Elə bu səbəbdən beynəlxalq siyasətin müzakirəsinə həsr olunan forumda ötən illərə nisbətən daha çox xarici ölkə nümayəndəsi iştirak edirdi. Xatırladaq ki, indiyə kimi keçirilən ənənəvi konfranslarda 60 ölkədən 200-dən artıq ekspert alim Bakıda, eləcə azad edilmiş Qarabağın dörd şəhərində baş tutan  müzakirələrin iştirakçısı olublar.

Bu il keçirilən 7-ci konfransa isə rekord sayda - 80 siyasətçi iştirakçı qatılıb. Onu da qeyd edək ki, iştirakçıların 50 faizindən çoxu konfransda ilk dəfə iştirak edirdi. Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu isə qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirəsi üçün yeddinci dəfədir ki, Azərbaycanda olub. Bu səfərlər ölkəmizi daha da yaxşı tanımağa xidmət edir. Beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır: "Siz dünən otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir".

Dünya tektonik dəyişikliklərə, regional qlobal münaqişələrə, siyasi səhnələrin radikallaşdırılmasına, millətçiliyin baş qaldırmasına çoxtərəfliyə edilən hücumlara, beynəlxalq hüququn zəifləməsinə, güc, qüvvə zorakılığın dominantlığına məruz qaldığı bir vaxtda konfransın mövzusunun qlobal gündəmin vəziyyətinə çox uyğun seçildiyini xüsusi olaraq vurğulamalıyıq. Bundan əlavə,  forumda  miqrasiya problemləri, proteksionizm ticarət müharibələri, yeni dünya düzəninin necə olacağı, Azərbaycan kimi ölkələrin cərəyan edən belə hadisələrdə meyillərdə rolu geniş müzakirə olundu.

Forumda çıxış edən sualları cavablandıran dövlətimizin başçısı regionda baş verən hadisələrə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına digər vacib məsələlərə aydınlıq gətirdi. Əsas məqam ondan ibarətdir ki, dövlətimizin başçısının çıxışı beynəlxalq siyasətdə cəsarətli mövqe nümayişi ilə yanaşı, tarixi ədalətin səsi kimi dünyaya verilən bir mesaj oldu. Ölkəmizin rəhbəri xüsusi olaraq qeyd etdi ki, bütün şansların olmasına baxmayaraq, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Buna görə Cənubi Qafqaz regionu həm iqtisadi, həm nəqliyyat marşrutları baxımından həmin imkanları itirib. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətləri nümunə ola bilər. Enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq digər sahələrdə əldə edilən uğurlar hər iki dövlətə iqtisadi səmərə gətirib. Ermənistan özünü bunlardan məhrum edib, işğal təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilməyib.

O da qeyd edildi ki, Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. Dövlət başçısı demişdir: "Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir mən bunu dəfələrlə söyləmişəm".

Bu gün Azərbaycanın Ermənistandan əsas gözləntisi ölkəmizin ərazi bütövlüyünün təsdiqi, Ermənistan Konstitusiyasında olan iddialarının ləğv edilməsidir. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər. Prezident çıxışı zamanı onu da qeyd etmişdir: "Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik".

Prezident İlham Əliyev forumda Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub. Avropa Komissiyasının ölkəmizə olan münasibətindən bəhs edərkən dövlətimizin başçısı bildirmişdir ki, bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi olduğunu önə çəkən  dövlətimizin başçısı vurğuladı ki, ölkəmizin  Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan iqtisadi baxımdan güclü, enerji resurslarına, ordusu döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkədir.

Dünyada sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir. Təəssüflər olsun ki, əksər dünya gücləri ikili standartlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmir, maraqlar ədaləti üstələyir. Bunu bəzi dünya güclərinin siyasətində aydın görmək mümkündür. Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında bu məqama xüsusi diqqət yönəltdi ki, biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırıldı. Lakin ABŞ qoşunları Əfqanıstandan qaçdıqdan sonra bunu ölkəmizə  qarşı yenidən tətbiq etməyə başladılar. Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı.

Dövlət başçısı forumda birmənalı şəkildə Azərbaycanın heç kimdən asılı olmayan müstəqil, daxili, xarici siyasəti haqqında məlumat verdi. Prezident çıxışında izah etdi ki, sülhün bərqərar olması ilk növbədə Ermənistana  lazımdır. Uzaqdan gələn hər hansı dövlət regionda sülhün bərqərar olmasına maneə yaratmamalıdır.  Azərbaycan Ermənistan arasında sülhün bərqərar olması, müqavilənin imzalanması dünyada baş verən münaqişələrə kömək edə bilər. Azərbaycan bütün platformalarda şəffaf, aydın bir siyasət yeridir. Prezident Ermənistana qayıdacaq azərbaycanlıların da yaşam şərtlərini birmənalı şəkildə ifadə etdi bu məsələdə Azərbaycanın gözləntilərini tələblərini  dilə gətirdi.

Birmənalı şəkildə qeyd edə bilərik ki, dövlət başçısının dünyaya verdiyi hər bir mesaj, söylədiyi hər fikir xalqımızın milli maraqlarına hesablanıb vətəndaşlarımızın istəklərini ifadə edir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2025.- 11 aprel (№70).- S.4.