Ekspert: Azərbaycan Avropa üçün qlobal enerji bazarının dəyişən arxitekturasında seçilən təchizatçı olaraq qalır

 

AZƏRTAC-ın Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkovla müsahibəsini təqdim edirik.

 

-Rusiya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın əsas istiqamətləri hansılardır?

-Neft qaz ixracı sahəsində rəqabətə baxmayaraq, Rusiya Azərbaycan arasında bir neçə qarşılıqlı faydalı əməkdaşlıq istiqamətləri mövcuddur. Bu istiqamətlərdən biri ortaq infrastrukturdan, xüsusən qaz kəmərlərindən istifadəyə əsaslanır. Azərbaycan ehtiyac duyduğu hallarda daxili bazarı yüksək istehlak dövrlərində təmin etmək üçün Rusiya qazından istifadə edir. Bu, Azərbaycana tələbatı sabit şəkildə təmin etməyə eyni zamanda, ixracı artırmağa imkan verir. Azərbaycan, həmçinin öz qaz infrastrukturunu aktiv şəkildə inkişaf etdirir ki, bu da ona TAP-TANAP sistemi vasitəsilə Avropaya qaz tədarükünü tam istifadə etməyə şərait yaradır. Lakin qaz boru kəməri şəbəkəsinin, məsələn, Türkiyə ya Avropaya doğru genişləndirilməsi yeni əməkdaşlıq imkanları açaraq, həm Rusiya, həm Azərbaycan qazının tədarük həcmlərinin artırılmasına şərait yarada bilər. Neft sahəsində isə Bakı-Mahaçqala-Novorossiysk boru kəmərinin tərs rejimdə istifadəsi müzakirə edilir. Bu, Azərbaycanın öz neft emalı zavodlarının işini optimallaşdırmağa imkan verəcək. Lakin bunun üçün sərfəli qiymət şərtlərinin olması vacibdir ki, bu da gələcək danışıqlar üçün imkanlar yaradır.

-İki ölkə arasında enerji dialoqunun gələcək inkişafını müəyyən edəcək əsas faktorlar nədən ibarətdir?

-Rusiya, həmçinin Azərbaycan İran üzərindən Körfəzə yeni neft boru kəməri inşa etməyi nəzərdən keçirir. Bu, Hindistan bazarına olan neft tədarükünü nəqliyyat xərclərini azaldaraq Qara dəniz boğazları Süveyş kanalını keçmədən həyata keçirməyə imkan verəcək. Lakin belə bir layihə əhəmiyyətli sərmayələr tələb edir yalnız böyük neft həcmlərinin daşınması halında məqbul olacaq. Qaz sahəsində isə Rusiya Azərbaycan texnoloji məsələlər üzrə əməkdaşlıq edə bilərlər. Rusiya kiçikhəcmli sıxılmış qaz istehsalı zavodlarının tikintisi sahəsində texnologiyalara sahibdir, qaz neft boru kəmərləri üçün genişçeşidli borular istehsal edir. Öz növbəsində, Azərbaycan Rusiya üçün elektrik enerjisi qazla işləyən elektrik stansiyaları üçün avadanlıq tədarük edə bilər. SOCAR enerji aktivlərini fəal şəkildə inkişaf etdirir Rusiya şirkətləri ilə əməkdaşlıq etmək üçün imkanlara malikdir. Buna görə neft qaz sahəsində iri layihələrin qlobal bazarda qeyri-sabitlik sanksiya qeyri-müəyyənliyi səbəbindən müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, Rusiya Azərbaycanın bir sıra istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlıq üçün potensialı qorunub saxlanılır. Dialoq əməkdaşlığın gələcək inkişafı isə iqtisadi şəraitdən geopolitik vəziyyətdən asılı olacaq.

-Qaz sənayesində Azərbaycan-Rusiya əməkdaşlığının perspektivlərini necə qiymətləndirirsiniz?

-Azərbaycan-Rusiya qaz sahəsində əməkdaşlığının perspektivləri, qarşılıqlı faydalı tədarükləri təmin etmək üçün mövcud yeni mexanizmlərdən istifadə etmə imkanı ilə bağlıdır. Ən mühüm variantlardan biri, Rusiya qazının Azərbaycanın daxili istehlakı üçün təchizatı ilə bağlıdır ki, bu da Azərbaycanın öz hasilat həcmlərini azad etməyə onları ixraca yönəltməyə imkan verəcək. Belə bir yanaşma Azərbaycan üçün ixrac həcmlərini artırmağa xarici bazarlarda mövqelərini gücləndirməyə şərait yaradacaq.

Bundan əlavə, Azərbaycan “Şahdəniz-2” kimi qaz yataqlarını inkişaf etdirməyə davam edir mövcud infrastrukturdan, o cümlədən TAP TANAP qaz kəmərlərindən tam istifadə edir. Bu, ölkəyə həm daxili, həm xarici bazarlara davamlı tədarüklər təmin etməyə imkan verir, eyni zamanda, uzunmüddətli müqavilələr ilə həcmlərin artırılması perspektivini yaradır. Beləliklə, gələcəkdə Azərbaycan qaz sahəsində mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər Rusiyanın qarşılıqlı faydalı layihələr çərçivəsində əməkdaşlığını davam etdirə bilər.

-SOCAR Rusiya, Qazaxıstan, Özbəkistan şirkətləri arasında imzalanan razılaşmaların strateji əhəmiyyəti nədir? Bu əməkdaşlıq Cənubi Qafqaz Mərkəzi Asiyanın enerji təhlükəsizliyinə necə təsir edəcək?

-2025-ci ilin martında Rusiya, Azərbaycan, Qazaxıstan Özbəkistan arasında çərçivə xarakterli razılaşmalar imzalanıb. Bu sənədlər əməkdaşlıq barədə niyyət bəyanatları ya memorandumlarıdır. Bununla belə onlar, xüsusilə texniki sahədə qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Əsas diqqət təchizat avadanlıqlarının standartlaşdırılmasına yönəldilib, çünki bu ölkələrin milli standartları böyük ölçüdə sovet normalarına əsaslanır. Son onilliklərdə bəzi dəyişikliklər baş versə , qaz elektroenergetika sahəsindəki vahidləşdirmə ümumi bazarın inkişafına kömək edə bilər.

Bundan əlavə, texniki təhlükəsizlik işçilərin şəraiti məsələləri müzakirə olunur.

Əməkdaşlığın digər bir istiqaməti isə karbon qazlarının emissiyalarını hesablama, onların azaldılması enerji səmərəliliyinin artırılması ilə bağlıdır.

-Xəzər dənizi regionunda enerji təhlükəsizliyində əsas çağırışlar hansılardır?

-Xəzər regionunda enerji təhlükəsizliyi baxımından vəziyyət stabil qalır. Neft qaz hasilatına dair məsələlər həll olunub, ölkələr öz şelf sektorlarını bölüşüb istehsal heç bir ciddi mübahisəsiz həyata keçirilir. KeçmişdəNabuccoqaz kəməri layihəsi ətrafında mübahisələr yaranmışdı. Bu layihə Türkmənistan qazını Azərbaycan Cənubi Qafqaz vasitəsilə Avropaya nəql etmək üçün nəzərdə tutulmuşdu. Lakin layihə həyata keçirilmədi Türkmənistan öz ixracını Çinə yönəltdi. Hazırda Trans-Xəzər qaz kəmərinin tikintisi gündəmdə deyil, amma Cənubi Qafqaz Mərkəzi Asiyanı Avropa ilə birləşdirən yaşıl elektrik enerjisinin ixracı üçün enerji halqasının yaradılması müzakirə olunur. Bu kontekstdə hidrogen istehsalı onun daha sonra, məsələn, ammiak şəklində ixracı imkanları nəzərdən keçirilir.

Bundan əlavə, neft ixracının marşrutlarını diversifikasiya etmək haqqında müzakirələr davam edir. Qazaxıstan ənənəvi olaraq Xəzər Boru Kəməri Konsorsiumundan (KТK) istifadə edərək infrastrukturuna edilən hücumlar səbəbindən risklərlə üzləşib, bu da neftin daşınma həcmlərinin azalmasına səbəb olub. Alternativ variantlardan biri qazax neftinin Xəzər dənizi üzərindən tankerlərlə daşıyıb, sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə göndərilməsidir. Ümumilikdə, neft qazın əsas bazarları bölünüb yaxın gələcəkdə güclərin balansını dəyişdirə biləcək böyük infrastruktur layihələrinin həyata keçirilməsi gözlənilmir. Lakin neft ixracının marşrutlarını diversifikasiya etmək yaşıl enerji sahəsinin inkişafı məsələləri hələ aktual olaraq qalır.

-SOCAR-ın qeyri-sabit enerji bazarı şəraitində əsas strategiyası nədir?

-Şirkətin strategiyası hazırda investisiyaların geri qaytarılmasına mövcud infrastrukturun səmərəli istifadəsinə yönəlib. Eyni zamanda, SOCAR beynəlxalq genişlənməni davam etdirir son zamanlar İsrailin şelfində fəaliyyətə başlayıb. Burada yaxın vaxtlarda qazma işlərinə başlanması planlaşdırılır. Beləliklə, şirkət ölkə diversifikasiyasına önəm verir. Digər inkişaf istiqamətlərindən biri isə müxtəlif ölkələrdə, o cümlədən Bolqarıstan Cənubi-Şərqi Avropanın digər regionlarında emal aktivlərinin alınmasıdır. Şaquli inteqrasiya, məsələn, neft emalı zavodlarının alınması, öz neftinin təmin edilməsi ilə SOCAR bazarın qeyri-sabit şəraitində belə dayanıqlılığını artıracaq. Uzunmüddətli perspektivdə SOCAR ehtimal ki, Asiya bazarlarına daha çox yönələcək, çünki dünya enerji resurslarının əsas istehlakının artdığı yer buradır.

-Azərbaycan qlobal enerji bazarının dəyişən arxitekturasında hansı rol oynayır?

-Azərbaycan Avropa üçün seçilən təchizatçı olaraq qalır, çünki onun tədarükü siyasi risklərə məruz qalmır. Avropa İttifaqı mütəmadi olaraq Azərbaycan qazının həcmini artırmağı xahiş edir, lakin uzunmüddətli müqavilələr bağlamağa hazır deyil, bu isə strateji planlaşdırma üçün risklər yaradır. Azərbaycan Prezidenti İlham Əliyev artıq təmin edilmiş bazarların vacibliyini vurğulayıb.

-Sizcə, Azərbaycan Avropa ilə Asiya arasında enerji resurslarının nəqli üçün əsas əlaqə nöqtəsi ola bilərmi?

-Azərbaycan artıq dünya enerji bazarında mühüm rol oynayır, lakin onun prioriteti tranzit deyil, öz nefti qazını müstəqil şəkildə ixrac etməkdir. Ölkə Avropaya dayanıqlı təchizatı təmin edən inkişaf etmiş boru kəməri infrastrukturuna malikdir burada Azərbaycan qazına tələbat yüksək olaraq qalır. Asiyaya ixrac məsələsi isə böyük miqdarda sərmayə tələb edir. Nəzəri olaraq, Aralıq dənizi üzərindən qazın sıxılması nəqli üçün marşrut yaratmaq mümkündür, amma belə bir layihə boru kəmərlərinin, terminal nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı yüksək xərclər tələb edir.

Neft sahəsində isə Azərbaycan mövcud ixrac marşrutlarını Rusiya Türkiyə üzərindən uğurla istifadə edir, endirimlər təklif etmədən sərfəli satış şərtləri ilə təchizat təmin edir. Hazırda ölkə sabit ixracat hasilatın artırılmasına sərmayə cəlb etməyə fokuslanıb. Mövcud vəziyyətdə Azərbaycan güclü mövqeyə sahibdir, enerji resurslarının etibarlı təchizatını təmin edir beynəlxalq bazarlarda öz mövqeyini möhkəmləndirir.

 

Azərbaycan.-2025.- 11 aprel (№70).- S.6.