Şimali
Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri
adından təşəkkür
edirəm
Şimali Kipr Türk Cümhuriyyətinin
(ŞKTC) Baş naziri
Ünal Üstel türk Kiprinə dəstəyini bəyan edən Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü
ifadə edib.
AZƏRTAC xəbər verir ki, ŞKTC hökumətinin başçısı
Lefkoşadakı müxtəlif
platformalarda Bakı ilə Ankara arasında münasibətlərin
“Bir millət, üç dövlət” prinsipinə əsaslanması
fikirləri bəyan edilir.
Ünal Üstel
qeyd edib: “Qardaş Azərbaycanın
Prezidenti İlham Əliyevin Şimali Kipr sakinlərini dəstəkləməyə hazır
olduğu ilə bağlı sözləri
bizi səmimi-qəlbdən
sevindirdi. ŞKTC dünya
arenasında layiqli yerini tutmağa səy göstərir. Türkiyə və Azərbaycanın bu istiqamətdə dəstəyi
bizim üçün
həyati əhəmiyyətə
malikdir”.
Onun sözlərinə
görə, ŞKTC öz
hüquqlarının müdafiəsi
üzrə qətiyyətli
mübarizəsini davam
etdirir.
ŞKTC hökumətinin başçısı vurğulayıb: “Öz adımdan və bütün Kipr türkləri adından Prezident İlham Əliyevə və onun xalqına səmimi təşəkkürümü bildirirəm”.
Azərbaycan.-2025.- 11 aprel (¹70).- S.6.