Nikoloz Samxaradze: “Azərbaycan Gürcüstanı
ən çətin vaxtlarda dəstəkləyib”
Azərbaycan Gürcüstanı
ən çətin vaxtlarda dəstəkləyib
və Prezident İlham Əliyevin son bəyanatı dünyanın ölkəmizdə
baş verən prosesləri adekvat şəkildə qəbul
etdiyini bir daha təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Gürcüstanın
hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasından
olan deputat, Parlamentin Xarici əlaqələr komitəsinin
sədri Nikoloz Samxaradze jurnalistlərə
açıqlamasında söyləyib.
Prezident İlham
Əliyevin aprelin 9-da
ADA Universitetində “Yeni
dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq
forumdakı çıxışı
zamanı söylədiyi
“Avropa Komissiyasının
Gürcüstanın daxil
işləri ilə bağlı proseslərə
münasibəti qətiyyən
qəbuledilməzdir. Bu,
müstəmləkəçilərin davranışıdır. Onlar
gürcü xalqının
iradəsinə özlərinin
müstəmləkəçi keçmişinin prizmasından
yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir....
Gürcüstanın bütün
daxili işləri Brüsseldəki bürokratlar
deyil, gürcü xalqı tərəfindən
həll edilməlidir”,
- fikrlərini təkrarlayan
komitə sədri deyib: “Biz, ilk
növbədə, Azərbaycan
hökumətinə və
xalqına Gürcüstanı
ən çətin anlarda belə, dəstəklədiyinə görə
təşəkkür etməliyik.
Prezident İlham Əliyevin bəyanatı bir daha təsdiqləyir
ki, dünya Gürcüstanda gedən prosesləri adekvat şəkildə qəbul
edir”.
Deputat vurğulayıb ki, dünya ictimaiyyəti Avropa İttifaqının Gürcüstana qarşı ədalətsiz davrandığını yaxşı bilir. “Onlar bu cür ədalətsiz yanaşma ilə Gürcüstan hakimiyyətinə və gürcü xalqına təzyiq göstərməyə çalışırlar”, - deyə komitə sədri bildirib.
Azərbaycan.-2025.- 11 aprel (¹70).- S.6.